Bəzi yerlərdə 42-44 dərəcə isti olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqustun 9-da Bakıda və  Abşeron yarımadasında yağmursuz keçəcək.  Cənub-şərq küləyi əsəcək.  Gecə 22-27°, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi  normadan aşağı 756 mm  civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz  olacaq.

Abşeron çimərliklərində   dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28°, gündüz  35-40°, bəzi  yerlərdə 42-44°, dağlarda gecə 16-21°, gündüz 27-32° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

 

Ekologiya