Kiçik kəsiklərdən yaranan əsərlər

post-img

İsveçrəli rəssam, dizayner Marianne Dubuis kağızda kiçik kəsiklər açaraq rəsm əsərləri yaradır. O, insanın hiss və duyğularını və İsveçrə təbiətini əks etdirən mürəkkəb səhnələri ustalıqla işləyib hazırlayır. 

64 yaşlı dizayner uşaqlıqdan bu sənətlə məşğul olur və günün təxminən altı saatını ona sərf edir. İstər ağ, istərsə də rəngli kağızlardan düzəldilmiş sənətkarlıq nümunələrini dünyanın bir çox yerində - İsveçrə, Fransa, Almaniya, Yaponiya və digər ölkələrdə nümayiş etdirir. 

Rəssam kəsik kağızlardan yaratdığı rəsm əsərləri ilə İsveçrəni təmsil etməsindən  qürur duyduğunu, bunların milli dəyərləri təmsil etməyin bir yolu olduğunu deyir. 

Rəssamın əsərləri İsveçrədə fəaliyyət göstərən “Beurret” auksion evində böyük məbləğə  satılır. 

Qeyd edək ki, İsveçrədə bu sənəti təbliğ etmək və yaşatmaq üçün Kağız Kəsmə Assosiasiyası fəaliyyət göstərir. Mərkəzdə 500-ə qədər rəssam çalışır. 

F. SALMANOVA, “Xalq qəzeti”

 

Dünya