Sakit okean soyuyur

post-img

Kolorado Universitetinin alimləri qeyd ediblər ki, Sakit okeanın şərq hissəsinin temperaturu bütün iqlim normalarına baxmayaraq soyumağa başlayıb. Belə ki, bu okeanın temperaturu son 39 ildə 0.5 dərəcə Selsi aşağı düşüb. Soyumaqda olan sahənin böyük olmasına baxmayaraq proses iqlimə qlobal təsir edə bilər. Alimlərin bildirirlər ki, əsrin sonuna kimi ortalama qlobal temperatur gözlənildiyi kimi 1.9 dərəcə deyil, 1.3 dərəcə Selsi yüksələcək.

Planetin ən böyük okeanı olan Sakit okean qlobal iqlimin tənzimlənməsində vacib rol oynayır. Belə ki, o, Günəş işığının böyük hissəsini udaraq su axınları vasitəsilə istiliyi dünyaya yayır. Alimlər ilk dəfə Sakit okeanın soyumasını 2022-ci ildə təyin etmişdilər. Daha öncə düşünülürdü ki, digər okeanlar kimi Sakit okeanın da temperaturu yüksələcək. Lakin 1979-cu ildən 2020-ci ilə kimi yığılmış məlumatların geniş təhlili onu göstərib ki, Sakit okeanın temperaturu sabit olaraq aşağı düşür. Okeanın şərq hissəsinin temperaturu həmişə qərb hissənin temperaturundan ortalama olaraq 5-6 dərəcə Selsi aşağı olub. Lakin 1980 – 2019-cu illər arasında bu temperatur fərqli olaraq 0.5 dərəcə Selsi yüksəlib. 

Səadət RZAYEVA, “Xalq qəzeti”

 

Dünya