“Facebook Messenger”də SMS xidməti ləğv olunur

post-img

“Meta” şirkətinin “Facebook” ilə əlaqəli olan proqramı “Facebook Messenger”də tezliklə mesaj göndərilməsi dayandırılacaq. Beləliklə, o, artıq SMS proqramı kimi istifadə olunmayacaq.

Şirkətin rəsmi səhifəsində bildirilib: “Facebook Messenger” populyar xidmətdir, proqramdan sırf mesajlaşma üçün istifadə edilməsi məqsədəuyğun deyil. Ona görə də, SMS tətbiqi kimi istifadə etməyə imkan verən funksiya silinir. Həmçinin bunun üçün “WhatsApp” mövcuddur. 28 sentyabr 2023-cü il tarixindən sonra proqramı yeniləndikdə, insanlar SMS mesajlarını göndərmək və qəbul etmək üçün “Messenger”dən istifadə edə bilməyəcəklər”.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

 

Dünya