Ağciyərlər saatda 10 milyondan çox trombosit istehsal edir

post-img

Ağciyərlərin insan orqanizmindəki rolu yalnız tənəffüzlə bağlı deyil. “Nature” elmi jurnalında çap olunan məqalədə bir qrup alim ağciyərlərin qanın inkişafı və istehsalında iştirak etdiyini bildirib. Onlara görə, ağciyərlər saatda 10 milyondan çox trombosit (kiçik qan hüceyrələri) istehsal edir.

Xatırladaq ki, ağciyərlər qazlar mübadiləsi funksiyasını yerinə yetirir; bu zaman qan oksigen ilə zənginləşir və karbon qazından azad olur. 

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı