İçərişəhərdə axşam şənliyi

post-img

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 24-də İçərişəhərdə Şirvanşahlar Sarayında “Muğam Marafonu” layihəsi başlayıb.

İyirmi dörd saat ərzində keçirilən la­yihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəzləyir və onları mü­şayiət edən heyətlə birgə muğam ifa edir­lər. “Muğam Marafonu”nda xanəndələrlə yanaşı, bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edir.

“Muğam aləmi” 6-cı Beynəlxalq Mu­siqi Festivalı çərçivəsində təşkil olunan “Muğam Marafonu” dinləyicilər üçün bir gün ərzində dayanmadan muğamın ecazkar dünyasına bir səyahətdir.

Qeyd edək ki, “Muğam aləmi” Bey­nəlxalq Musiqi Festivalı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və himayəsi altında keçirilir.

“Xalq qəzeti”

Sosial həyat