Goranboyda dövlət qulluqçularının peşə bayramı qeyd olundu

post-img

         Bununla bağlı keçirilən tədbirdə əvvəlcə Ümumilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edildi.

         Daha sonra Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

          Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə təbrikini çatdıran icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev dövlətin ali rəhbərinin bu sahəyə olan diqqət və qayğısı barədə danışaraq bildirmişdir ki, cənab Prezidentimizin müvafiq sərəncamı ilə Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Rafiq Qorçiyevin “Tərəqqi” medalı ilə təltif edilməsi dövlət başçımızın rayonumuza göstərdiyi diqqətin növbəti təzahürüdür.

         Tədbirdə dövlət qulluğunda fərqlənən bir qrup əməkdaşa rayon icra hakimiyyəti başçısının fəxri fərman və təşəkkürnamələri təqdim edilmişdir.

 

                 Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 













Sosial həyat