Putin Priqojini “satqın və xəyanətkar” adlandırıb

post-img

Rusiya Prezidenti Vladimir Putin Rusiya xalqına müraciət edərək “Vaqner” özəl hərbi qrupunun rəhbəri Yevgeni Priqojinin hərəkətlərini qiyam və avantüra adlandırıb. Prezident bildirib ki, qiyam qaldıranlar Rusiyanı satanlardır. 

Məlumatı “Kommersanr.ru” verib. 

“Qeyri-məhdud ambisiyalar satqınlığa gətirib çıxarıb. Satqınlığa və xəyanətə”, – deyə Pitin qeyd edib. 

O deyib ki, qiyamda iştirak edənlər “lazımi cəzalarını alacaqlar. Silahlı Qüvvələr və dövlət orqanları müvafiq əmri alıblar”.

"Xalq qəzeti”

Dünya