Moskva şəhərində və vilayətdə, eləcə də Voronej vilayətində antiterror rejimi tətbiq edilib. “Xalq qəzeti” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edərək Yevgeni Priqojin ətrafında baş verənləri “silahlı qiyam” adlandırıb. Nazirlik “vaqnerçi”ləri rəsmi orqanlarla əlaqə saxlamağa çağırıb və bu təqdirdə təhlükəsizliklərinə zəmanət veriləcəyini bildirib.
Hazırda Moskva və Moskva vilayətindən bir sıra regionlara, o cümlədən Tula və Lipetsk istiqamətinə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Rusiya paytaxtında bütün kütləvi tədbirlər ləğv olunub.
"Xalq qəzeti”