Rusiya Prezidenti Vladimir Putinin ölkədə baş verən qiyamla bağlı xalqa müraciəti gözlənilir. Bu barədə Prezidentin mətbiat katibi Dmitri Peskov bildirib.
“Vaqner” hərbi qrupunun rəhbəri Yevgeni Priqojinin Müdafiə Nazirliyinə qarşı müharibə elan etməsindən sonra ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Bu barədə suala cavab verən Peskov deyib: “Həqiqətən də, yaxın vaxtlarda Putin xalqa müraciət edəcək”.
Xatırladaq ki, iyunun 24-nə keçən gecə Priqojin Müdafiə Nazirliyini “Vaqner”in arxa düşərgəsinə raket zərbəsi endirməkdə ittiham edib. Nazirlik bu məlumatı təkzib etsə də, Priqojin dayanmayıb. O, nazirlik rəhbərliyinin ünvanına hədələr səsləndirərək Rostov şəhərinə doğru yeriyib. Bəzi məlumatlara görə, şəhərdəki hərbi hissələr Priqojinin nəzarətindədir.
Federal Təhlükəsizlik Xidməti hərbi qiyamla bağlı cinayət işi açıb.
"Xalq qəzeti”