"Vaqner" muzdlu silahlı qruplaşmanın təsisçisi Yevgeni Priqojin Rostovda Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargah rəisinin müavini Vladimir Alekseyevlə görüşüb. Bu, iyunun 24-də səhər saatlarında "Wagner Unloading" Teleqram" kanalı tərəfindən yayılan videodan görünür.
Priqojin söhbətində bildirib ki, "Vaqner" qruplaşması Baş Qərargah rəisi Valeri Gerasimovu və müdafiə naziri Sergey Şoyqunu “alana qədər” muzdlular “Rostov şəhərini blokadaya alacaqlar” və “Moskvaya gedəcəklər”.
Videonun Cənub Hərbi Dairəsinin qərargahında lentə alındığı qeyd edilir.
İyunun 24-nə keçən gecə general Vladimir Alekseev general Sergey Surovikin ilə birlikdə "Vaqner" döyüşçülərinə üsyanda iştirak etməmək xahişi ilə video mesaj yazıb.
S.ELAY,
"Xalq qəzeti"