Gədəbəydəki qızıl yatağını istismar edən şirkət kimindir?

post-img

Son günlər Gədəbəydəki qızıl yatağının istismarı ilə məşğul olan şirkətlə bağlı müxtəlif fikirlər səsləndirilib. Həmin şirkətləri ölkədə bəzi şəxslərin adı ilə bağlamaq cəhdləri müşahidə edilib.

“Qafqazinfo”nun şirkətlə bağlı əldə etdiyi məlumatlar göstərir ki, irəli sü­rülən iddialar heç bir fakta söykənmir. 

Belə ki, “Söyüdlü” qızıl yatağı Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anq­lo - Asian Mining” şirkəti tərəfindən istis­mar edilir.

“Anglo Asian Mining” şirkəti Azər­baycanın 8 qızıl yatağının (Gədəbəy, Qoşa, Ordubad Qrupu (Şəkərdərə, Misdağ, Ağyurt, Piyazbaşı, Diakçay), Söyüdlü, Qızılbulaq və Vejnəli perspek­tivli qızıl yataqları) işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məx­sus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir. 

Yatağın öyrənilməsi və istismarı əsasən 3 mərhələyə ayrılır. Sonuncu dəfə yatağın öyrənilməsi və istismarı “Gədəbəy, Qoşa, Ordubad qrupu, Sö­yüdlu, Qızılbulaq və Vejnəli perspektivli qızıl filiz yataqlarının kəşfiyyatı, işlən­məsi və hasilatın pay bölgüsü haqqın­da” 1997-ci il tarixli Sazişin şərtlərinə uyğun olaraq aparılıb. 

“Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlu, Qızılbulaq və Vejnəli pers­pektivli qızıl filiz yataqlarının kəşfiyya­tı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” R.V. İnvestment Group Ser­vices, LLC şirkəti ilə bağlanmış Sazişdə dəyişikliklər edilib və 2022-ci il iyulun 5-də təsdiqlənib. Aparılmış dəyişikliyə əsasən 882 kvadratkilometr sahə kont­rakt sahəsinə daxil edilib. Əlavə edilmiş kontrakt sahəsinin əsas hissəsi Gədə­bəy rayonu ərazisini əhatə edir. 

Qeyd edək ki, müstəqilliyin ilk illə­rində bu şirkətin Azərbaycandakı qızıl yataqlarının istismarına cəlb edilməsi­nin iqtisadi əsaslardan daha çox, siyasi əhəmiyyəti olub. Belə addımlar ABŞ-ı münaqişənin həllində daha aktiv iştira­ka sövq etmək məqsədi daşıyıb. 

Hazırda Nazirlər Kabineti tərəfin­dən yaradılmış komissiya Gədəbəydə baş vermiş insidentlə bağlı araşdırma­lara başlayıb. Bu tədbirlər çərçivəsində “Anglo Asian Mining” şirkətinin məsuliy­yət dairəsi də müəyyən ediləcək.

Sosial həyat