Əlilliyi olan uşaqlar övladlığa necə verilir?

post-img

Yəqin ki, cəmiyyətdə uşaqları övladlığa götürəcək şəxslərin onlara qulluq üçün nə qədər aylıq sosial ödənişlərlə təmin olunacağı oxucuları da maraqlandırır. Bu sualla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda bildirilir:

– Hazırda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrində əlilliyi olan 29 uşaq övladlığa verilməyə hazırdır. Onlar barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə daxil edilib. Həmin uşaqları övladlığa götürəcək şəxslər aylıq sosial ödənişlərlə təmin olunacaq. Sosial xidmət müəssisələrindən götürülən əlil uşağa görə onu övladlığa qəbul edən şəxsə aylıq 600 manat müavinət verilməsi nəzərdə tutulub. 

Bununla yanaşı: uşağın orqanizmi­nin funksiyalarının pozulması: 81–100 faiz olduqda – 270 manat müavinət, 200 manat (gözdən əlilliyə görə 300 manat) təqaüd və həmin uşağa qulluğa görə 100 manat təqaüd; 61–80 faiz ol­duqda – 220 manat müavinət və uşağa qulluğa görə 100 manat təqaüd; 31–60 faiz olduqda – 150 manat müavinət və uşağa qulluğa görə 100 manat təqaüd nəzərdə tutulub.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat