Boş stəkan – səsucaldan

post-img

Çox vaxt insanlar səhərlər zəngli saatı qoşsalar da yuxudan oyana bilmirlər.

Bir çox istifadəçilər zəngli saatın səsindən şi­kayətlənirlər. Səs səviyyəsi maksimuma qoyulsa belə, səhər saatlarında insanlar lazımi səs siqnallarını eşit­mirlər.

Yeri gəlmişkən, telefo­nun səsinin daha yüksəkdən çıxmasının bəzi yolları var. Bunlardan biri də mobil cihaz­ların gecə yatmazdan əvvəl boş stəkana qoyulmasıdır. Bu zaman zəngli saat daha güclü səslənəcək. 

Qeyd edilir ki, mahnı səsini artırmaq üçün də bu yoldan is­tifadə edilə bilər. Telefonu boş stəkana qoymaqla istənilən mahnılar kifayət qədər yüksək səslə dinləniləcək. 

“Xalq qəzeti”

Sosial həyat