“WhatsApp” messencerinin tərtibatçıları proqramda yeni funksiya üzərində işləyirlər. Belə ki, istifadəçilər telefon nömrəsi olmayan kontaktı tapmağı asanlaşdırmaq üçün özləri üçün ləqəb yarada biləcəklər.
“Bu potensial olaraq kontaktların əlavə edilməsini asanlaşdıracaq və daha çox məxfilik təmin edəcək, çünki şəxsi telefon nömrənizi heç kimlə paylaşmağa ehtiyac olmayacaq”, - deyə bildirilib.
Funksiya artıq aktiv inkişaf mərhələsindədir və gələcək messencer yeniləməsində görünəcək. Çox vaxt yeni “WhatsApp” funksiyaları əvvəlcə Android proqramında görünür, sonra isə iOS tətbiqinə yayılır.
“Xalq qəzeti”