Yunanlara türk mətbəxi

post-img

Cümə günü Yunanıstanın Afina şəhərində “Türkiyə mətbəxi həftəsi” çərçivəsində türk mətbəxi nümayiş olunub.

Türkiyənin Afinadakı səfirliyinin binasında keçirilən tədbirdə Türkiyənin Yunanıstandakı səfiri Çağatay Er­ciyes qonaqlara türk mətbəxinin unikallığı haqqında məlumat verib. 

Türkiyənin Belqraddakı səfiri Hami Aksoyun xanımı Canan Parmaksızoğlu Aksoy çıxış edərək türk mət­bəxinin əsrlər boyu böyük bir coğrafi məkanda yaşayan xalqlar üçün çoxlu ortaq nöqtələrinin olduğunu deyib.

Parmaksızoğlu həmçinin Türkiyənin Hatay vilayəti­nin UNESCO-nun qastronomiya üzrə Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olduğunu da vurğulayıb.

Qeyd edək ki, hər il mayın 21-27-də Türkiyə Cüm­huriyyətinin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkə daxi­lində və xaricdə “Türk mətbəxi həftəsi” keçirilir.

 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya