ABŞ-ın sabiq prezidenti Cerald Fordun tez-tez fikri dağınıq olurdu. Bir dəfə axşamüstü iti ilə gəzintiyə çıxarkən Ağ evin açarını özü ilə götürməyi unudur.
Gəzintidən qayıdan prezidenti mühafizəçilər Ağ evə buraxmırlar. Onlar dövlət başçısını, adətən, rəsmi paltarda gördüklərindən onu tanımırlar. Nəticədə, Cerald Ford yarım saata qədər küçədə qalmalı olur.
Xatırladaq ki, respublikaçı Cerald Ford ABŞ-ın 38-ci prezidenti olub.
Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”