Ağstafada böyük bayram konserti

post-img

          Dünən axşam “Ağstafa Aqrar Sənaye Kompleksi”ndə rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş mədəni-kütləvi tədbirdə RİH başçısı Seymur Orucov, şəhidlərimizin ailə üzvləri, qazilər, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri, “N” saylı hərbi hissələrin əsgər və zabit heyəti, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak edirdilər. Sanki bütün Ağstafa bu böyük bayrama gəlmişdi… 

          Ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əsl bayram ab-havası şəraitində keçən konsert proqramı ağstafalılar tərəfindən böyük coşğu ilə qarşılandı. Sonadək izdihamla müşayiət olunan konsert proqramında dahi rəhbərə həsr olunmuş şeirlər, ulu öndərə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri səsləndirildi, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr ifa olundu.

          Konsert proqramının sonunda təşkil olunan atəşfəşanlıq mənzərəsini tədbir iştirakçıları böyük maraqla izlədilər.

 

                   Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri,

Ağstafa

 













Sosial həyat