“Əbədi sevgi” dastanı

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin və görkəmli elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş “Əbədi sevgi” adlı tədbir təşkil olunub.

Mərasimdə “Prezident Heydər Əliyev” tankeri və “Zərifə Əliyeva” gəmi-bərəsi­nin göyərtələrində Xalq artisti Nəzakət Teymurovanın ifa et­diyi “Küçələrə su səpmişəm” xalq mahnısına çəkilmiş vide­oklip nümayiş edilib.

Tədbirdə ASCO-nun təşəbbüsü ilə hazırlanmış “Prezident Heydər Əliyev” tankerinin və Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi­nin poçt markaları da təqdim olunub. ASCO-nun sədri Rauf Vəliyev poçt markalarının möhürlənməsi prosedurunu həyata keçirib.

Tədbir çərçivəsində AS­CO-nun sifarişi ilə yazılmış “Ulu Öndər Heydər Əliyev və Milli Gəmiçilik Siyasəti" kitabı­nın təqdimatı da olub.

 

“Xalq qəzeti”

Sosial həyat