Ümummilli liderin 100 illiyi Buxarestdə qeyd edildi

post-img

Azərbaycanın Rumıniyadakı səfirliyi Buxarestdə ulu öndər Heydər Əliyevin 100 illiyi və Azərbaycanın Müstəqillik Günü münasibətilə silsilə tədbirlər çərçivəsində rəsmi qəbul keçirib.

Tədbirdə Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon Marçel Çolaku, Rumıniyanın keçmiş preziden­ti Emil Konstantinesku, Parlamentin Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suçu, Rumıniya–Azər­baycan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Simonis Al­fred və qrupun üzvləri, senatorlar və deputatlar, ziyalılar, tanınmış iş adam­ları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov çıxış edərək ümum­milli lider Heydər Əliyevin bir dövlət xadimi və dahi şəxsiyyət kimi müasir Azərbaycanın qurulmasında əvəzsiz xidmətlərindən danışıb. 

Tədbirdə fəxri qonaq qismində işti­rak edən Rumıniya Parlamentinin De­putatlar Palatasının sədri İon Marçel Çolaku çıxış edərək, ulu öndərin 100 illi­yi münasibətilə Rumıniya xalqı adından Azərbaycan xalqını təbrik edib. Rumıni­yanın Azərbaycanın müstəqilliyini tanı­yan ikinci ölkə olduğunu, münasibətlə­rimizin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edib. 

Tədbirdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarx­lar nümayiş etdirilib, milli mahnılarımız səsləndirilib.

 

“Xalq qəzeti”

Son xəbərlər