Naxçıvanın çağdaş müqəddəs ziyarətgahı

post-img

Heydər Əliyev həmişə Azərbaycan xalqının ma­raqlarını qoruyan bir şəxs olmuşdur və bunu za­mana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ide­oloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı.

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti

Ümummilli liderimiz Azərbaycan xalqının tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin xatirəsini həmişə uca tutaraq zamanında onlara həsr edilmiş müxtəlif xatirə kompleksləri və muzeylər yaratmışdır. Bu insanların həyat və fəaliyyəti ilə bağlı nə varsa, ehtiramla tədqiq edilərək mənəvi dəyərlər kimi qorunub saxlanılmış və böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində ideoloji vasitə kimi geniş istifadə edilmişdir. 

“Muzeylər mühüm mədəniyyət ocaq­larına, zəhmətkeşlərin, xüsusilə, cavan nəslin ideya-siyasi və mənəvi tərbiyə­sinin mərkəzinə çevrilmişdir” sözlərinin müəllifi olan ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda geniş muzeylər şə­bəkəsinin yaradılmasına hər zaman xü­susi diqqət və qayğı göstərmişdir. Onun müdrikliyi, uzaqgörənliyi, ictimai-siyasi fəaliyyəti, bütövlükdə, hər bir Azərbay­can gənci üçün nümunədir və əsl dövlət­çilik məktəbidir. Bu gün sadə peşə ada­mından tutmuş rəhbər işçiyədək hamı ümummilli lider Heydər Əliyevin irsini, onun idarəçilik prinsiplərini öyrənməli, onlardan birmənalı şəkildə bəhrələnmə­lidir. Bu məqsədə nail olmağın ən təsirli yollarından biri Heydər Əliyev Muzeyidir. Ulu öndərin siyasi irsinin gələcək nəsil­lərə çatdırılmasında bu muzeyin xidməti əvəzsizdir.

Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin adını daşıyan Heydər Əliyev Muzeyi 18 fevral 1999-cu ildə Naxçıvan şəhərində yaradılmış və 10 may 1999-cu ildə fəaliyyətə başlamışdır. 2005–2006-cı illərdə əsaslı olaraq yeni­dən qurulan muzeyin 20 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilmişdir. Heydər Əliyev Muzeyi dünya tarixinin dahi şəxsiyyətlərindən biri, Azərbayca­nın böyük siyasi və dövlət xadimi, dün­ya azərbaycanlılarının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinə dair materialla­rın toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, öyrənilməsini, kütləvi nü­mayişi və təbliğini həyata keçirən muxtar respublika əhəmiyyətli mədəniyyət və elmi tədqiqat müəssisəsidir.

Muzey Naxçıvan şəhərinin mərkəzin­də Heydər Əliyev prospektində yerləşir. Muzeyin ümumi sahəsi 958 kvadratmetr­dir. Muzey 577 kvadratmetrlik ekspozisi­ya zalından və kitabxanadan, 83 kvad­ratmetrlik muzey fondundan ibarətdir. Yüksək səviyyəli muzey xidməti göstər­mək üçün muzeydə kitabxana yaradıl­mış, burada ümummilli liderimiz haqqın­da çəkilmiş filmləri nümayiş etdirmək üçün lazımi şərait yaradılmış, kompüter dəstləri quraşdırılmışdır. Həmçinin muze­yin internet saytı yaradılmışdır. 

420 ədəd eksponatla fəaliyyətə baş­layan Heydər Əliyev Muzeyi eksponat­larının zənginliyi və orijinallığı ilə başqa muzeylərdən fərqlənir. Hazırda muzey fondunda ümummilli liderimizin həyat və fəaliyyətini özündə əks etdirən 5 min 413 eksponat toplanmış və bunlardan 3 min­dən çoxu ekspozisiyada və kitabxanada nümayiş etdirilir. 

Bu eksponatlar ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirir.

Bu gün Azərbaycan Respublikasın­da ümummilli liderimiz Heydər Əliye­vin adını daşıyan çoxsaylı muzey və mərkəz fəaliyyət göstərir. Bunlar içə­risində Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev Muzeyinin xüsusi yeri və əhəmiyyəti vardır. Muzeyi yeni yaranmış digər muzeylərdən fərqləndirən əsas cəhət odur ki, bu mədəniyyət müəssisə­si ulu öndərimizin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, 1969-cu ildən Azərbaycanın rəhbəri kimi qurub-yaratdığı, 90-cı ildən isə qoruyub saxladığı və sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti kimi özünün birbaşa himayəsi nəticəsində günü-gün­dən inkişaf edib çiçəklənən doğma Nax­çıvan torpağında yaradılmışdır. Həm də Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ümummilli liderin sağlığın­da Azərbaycanda yaradılmış ilk muzey­dir. Ulu öndər Heydər Əliyev 1999-cu ilin oktyabr ayında Naxçıvana səfəri zamanı özü bu muzeyi ziyarət etmişdir. 

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini digərlərindən fərqlən­dirən əsas cəhətlərdən biri də ulu öndərin muzeyin yerləşdiyi bölgə ilə əlaqələrinə dair eksponatların burada kifayət qədər çox olmasıdır. Belə materiallar muzey eksponatlarının əksəriyyətini təşkil edir. Qədirbilən xalqımız öz dahi oğlunun əziz xatirəsini beləcə əbədiləşdirərək onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliy­yəti barədə bilikləri gənc nəsillərə təbliğ edir, öyrədir.

Heydər Əliyev Muzeyi ümummilli liderimizin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideo­logiyasının öyrənilməsi, təbliği və gələ­cək nəsillərə çatdırılması kimi şərəfli bir missiyanı öz üzərinə götürmüş və bu gün də bu missiyanı uğurla həyata keçirir.

Ulu öndərimizin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, xüsusilə, gənc nəsil üçün əsl örnək, həyat məktəbidir. Heydər Əliyev yeni, müstəqil Azərbayca­nın qurucusudur. O, bu quruculuğa ötən əsrin 60-cı illərinin sonundan başlamış­dır. Azərbaycan tarixinin otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, Azər­baycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz ulu öndərin adı ilə bağlıdır. Rəhbərliyinin birinci dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarətdir ki, xalqımızda milli qürur, milli mənlik şüu­ru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. 

Bütün bunlar ulu öndərin millət və xalq qarşısında tarixi xidmətlərinin cüzi bir hissəsi olmaqla, müstəqil dövlətçiliyin daha da möhkəmlənməsinə yönəldilmiş milli konsepsiyanın tərkib hissələri idi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində daim tərəqqi­si üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaq­larından çıxartmışdır. Heydər Əliyevin həyat və fəaliyyətini, ölkəmizin tarixi tale­yində oynadığı misilsiz rolunu və əvəzsiz xidmətlərini özündə ehtiva edən Heydər Əliyev Muzeyi respublikamızda xüsusi yeri olan elmi-tədqiqat müəssisəsidir. 

Daim milli qurtuluş və müstəqillik duy­ğuları ilə yaşamış Heydər Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən bu muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimizin icti­mai-siyasi fəaliyyətini, keçdiyi şərəfli hə­yat yolunu özündə əks etdirən kitab, qə­zet və jurnallardan, 1990–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məcli­sinin deputatı və Ali Məclisinin sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqram­lardan, istifadə etdiyi xatirə əşyalarından, şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. 

Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatların kömə­yilə ulu öndərin mənalı həyatı, xalqımı­zın, millətimizin rifahına, xoş gələcəyinə yönəldilmiş fəaliyyətinin ayrı-ayrı dövr­ləri, mərhələləri işıqlandırılmış, hər bir tarixi hadisə ilə bağlı Heydər Əliyevin öz sözləri, fikirləri, seçilmiş müdrik, nəsihə­tamiz kəlamları verilmişdir. Dahi şəxsiy­yətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyətinə başladığı və Dövlət Təhlükəsizlik Komitəsindəki xidməti, 1969–1982-ci illər Azərbaycana rəhbərli­yinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana tarixi qayıdışı və muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü öz əksini tapıb. 

Həqiqət budur ki, 1969–2003-cü illər Azərbaycanın ictimai-siyasi, mədəni ta­rixi ümummilli lider Heydər Əliyev tərə­findən böyük uzaqgörənlik və müdrikliklə yaradılmışdır. 60-cı illərin sonundan ulu öndərin başladığı bu siyasi proseslər sonda Azərbaycanın dövlət müstəqilli­yinin qazanılması ilə dövlətçilik tarixinə əbədi yazıldı.

Bu gün Heydər Əliyev siyasi irsindən öyrəndiklərimiz Onun xalqımız və dövlə­timiz qarşısındakı misilsiz xidmətlərinin sadəcə bir hissəsidir. Hazırda Azərbay­canda və dünyada nüfuzlu elmi-tədqiqat və siyasət mərkəzlərində, ali təhsil müəs­sisələrində Heydər Əliyev siyasi irsi araş­dırılır, öyrənilir və tədris edilir. Heydər Əliyev dühasını, onun ictimai-siyasi və həyat fəaliyyətini öyrənmək, tədqiq və təbliğ etmək təcrübəsi isə ilk dəfə Naxçı­vanda sağlığında adını daşıyan muzeydə reallığa çevrildi.

Hər bir Azərbaycan gənci, ziyalısı, vətəndaşı bu siyasi irsi mütləq öyrənməli və dövlətçilik naminə bu irsdən bir təlim, nəzəriyyə kimi istifadə etməlidir. Heydər Əliyev Muzeyində qorunub saxlanıla­raq nümayiş etdirilən minlərlə eksponat ümummilli liderimizin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun məna­lı həyatı, zəngin və çoxsahəli fəaliyyəti barədə faktların gənc nəsilə çatdırılma­sında böyük rol oynayaraq tamaşaçıların xüsusi diqqət və marağına səbəb olur. Muzey Heydər Əliyev dövlətçilik təliminin öyrənilməsində və təbliğində çox mühüm bir missiyanı yetirir.

Heydər Əliyev siyasi irsi həm də mənəviyyat və mədəniyyət salnaməsi­dir. Bu isə ziyalılarımızın, gənclərimizin, məktəblilərimizin, hərbçilərimizin ulu öndərin irsinə marağının daha da artma­sına səbəb olur, onlarda Heydər Əliye­vin simasında doğma vətənə məhəbbət, tariximizi, mədəniyyətimizi dərindən, hərtərəfli öyrənməyə geniş maraq oya­dır və insanlarda mənəvi-əxlaqi, bədii-es­tetik tərbiyənin, elmi dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir. Muzeydə hər bir eksponat ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbayca­nın müasir dövlətçilik tarixi və ümum­milli liderimizin siyasi irsinin tədqiqatçı­ları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər. Ulu öndərimizin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti gənclərin daim diqqət mərkəzindədir. 

Heydər Əliyev bütün ömür yolunda daim ətrafında olan insanları öz qeyri-adi fitri istedadı, yaddaşı, bacarığı, qətiyyə­ti, tükənməz enerjisi və hadisələri qa­baqlamaq bacarığı ilə heyrətləndirib. Bu səbəbdən onun həyatının hər bir dövrü əsl örnək, həyat məktəbidir. O, təhsildə qazandığı uğurları ilə bugünkü gəncliyə nümunə olub, diplomatlar üçün əvəzsiz siyasət məktəbi yaradıb. Onun 25 illik xüsusi xidmət yolu hər bir zabit üçün əsl kəşfiyyat, qəhrəmanlıq və vətənpər­vərlik məktəbinə çevrilibdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siya­si irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Bu gün fəxr edirik ki, ümummilli liderimiz Heydər Əliyev bizim müasirimizdir. Bu faktın özü hər bir Azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev siyasi irsinin öyrənilməsi bundan sonra da uzun illər, dərin araşdırmalar, çoxillik elmi tədqiqat­lar tələb edir. 

Bu irsi dərindən öyrənmək və təbliğ etmək məqsədi ilə Naxçıvan şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təh­sil müəssisələrinin müəllim və tələbələrin iştirakı ilə Heydər Əliyev Muzeyində vax­taşırı lektoriyalar və açıq dərslər keçirilir. Burada ulu öndərin siyasi fəaliyyətinin müxtəlif dövrləri tarixi-siyasi və ideoloji baxımdan öyrənilir və işıqlandırılır. Bu zaman muzeydə qorunub saxlanılaraq nümayiş etdirilən eksponatlardan əyani vəsait kimi geniş istifadə edilir. Həmçinin ulu öndərin təhsil illərini özündə əks et­dirən sənədlər gənc nəslin təlim-tərbiyə­sində istifadə edilən əyani vəsait kimi əvəzsiz rol oynayır.

Ali və orta məktəblərin tələbə və şa­girdlərinin iştirakı ilə muzeydə keçirilən müasir dövr tarix dərslərində Azərbayca­nın dövlətçilik tarixinin son yarım əsrlik tarixi dövründə Heydər Əliyevin dövlət müstəqilliyimizin qazanılması yolundakı əvəzsiz xidmətləri geniş tədris olunur. Dərslərdə XX əsr Azərbaycan tarixinin elə məqamlarına toxunulur ki, burada ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini yaratması, yaran­mış dövlətin iqtisadi-siyasi və ideoloji əsasları öz əksini tapır. Çünki Heydər Əliyev siyasi irsi müstəqil Azərbaycanın dövlətçilik tarixidir. 

Ötən müddət ərzində Heydər Əliyev Muzeyi ilə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili, ümumtəhsil məktəblərinin və muzeyin bu sistemə qo­şulması məsafəli tədrisin, açıq dərslərin təşkilinə öz töhfəsini vermişdir. Bununla da Naxçıvan Muxtar Respublikasının bü­tün ümumtəhsil məktəbləri muzeydə ke­çirilən açıq dərsləri izləyə bilir. 

Bu gün Azərbaycan xalqı qürur və iftixar hissi keçirir. Ümummilli liderimizin layiqli davamçısı, Azərbaycan Respub­likasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demok­ratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla da­vam etdirilir. Bu sahədə qazanılmış nai­liyyətlər qürur doğurur. 

 

Ramil ORUCƏLİYEV, 
Heydər Əliyev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi

Sosial həyat