Bir həftədə ikinci mina faciəsi

post-img

Son 1 həftədə Qarabağda ikinci tank əleyhinə mina partlayışı baş verib. Bu dəfə faciə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində minalardan təmizlənməmiş ərazidə qeydə alınıb. 

Bu barədə Azərbaycan Respub­likasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumatın­da bildirilir ki, Cəbrayılda maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini 1964-cü il təvəl­lüdlü Alışov Oktay Bayram oğlu at ilə hərəkətdə olarkən minalardan təmiz­lənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.

Xatırladaq ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları da­yandırılandan bu günədək Ermənistan silahlı qüvvələrinin basdırdıqları mina­ların partlaması nəticəsində hərbi qul­luqçu və mülki şəxs olmaqla, ümumilik­də, 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycan Respublikasının Mina-təmizləmə Agentliyi (ANAMA) son gün­lər baş verən ardıcıl mina hadisələri­nin sayının artması ilə əlaqədar olaraq vətəndaşlara bir daha müraciət edərək bildirib: “İşğaldan azad olunmuş əra­zilərdə səfərdə olarkən qaydalara ri­ayət etməmək, təhlükəsiz ərazilərdən kənara çıxmaq, xəbərdaredici nişanla­rın tələblərinə riayət etməmək, məsu­liyyətsiz və təkəbbürlü addım atmaq - sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər”.

“Xalq qəzeti”

Sosial həyat