Azərbaycan, Gürcüstan və Qırğızıstan Yazıçılar birliklərinin üzvü, publisist Vüqar Sərdarovun ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Əvəzsiz lider” kitabı Prezident İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli sərəncamı ilə açılır.
Siyasi publisistika janrında qələmə alınmış bu əsər Vüqar Sərdarlının ulu öndərinyubileyinə dəyərli töhfəsidir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc nəşrə yazdığı “Ön söz”də bildirir: “Müəllif qarşısına qoyduğu məqsədə çatmış və oxucularını ümummillilli lider Heydər Əliyevin fəaliyyəti ilə yaxından Bu kitabın özəlliyi ondan ibarətdir ki, sadə və oxunaqlı dillə qələmə alınıb, tarixi faktlarla, epoxal səciyyəli xronika ilə zəngindir”.
Kitabda Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə, ali rəhbər fəaliyyətinin Moskva illərinə, Naxçıvanda və müstəqil Azərbaycanda xilaskarı missiyasına geniş nəzər salınır. Yubiley nəşrinin “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Xarici siyasətin Heydər Əliyev modeli”, Müasir hüquqi sistemin banisi”, “Daxili İşlər Nazirliyi Heydər Əliyevin dövründə”, “İqtisadi islahatlar Heydər Əliyev siyasətinin prioriteti kimi”, “Azərbaycan diasporunun formalaşması və inkişafında Heydər Əliyevin rolu” bölmələrində ulu öndərin xalq a xidmətdə keşmiş titanik faəaliyyətinin müxtəlif yönləri sistemli şərh olunur.
“Xalq qəzeti”