Könlümün həm dağı, aranı Mığrı

post-img

Tağəmir yaylağın, Xəllərgə dağın,

Ağdərə dağların, Kazımbulağın.

Sənin hər obadan gəlir sorağın,

Dadlı meyvələrin loğmanı Mığrı. 

Yayda qar istəsən, Ələngəzə bax,

Lehvəzdən çiçək dər, öz saçına tax.

Ən ləzzətli üzüm Lökdədir ancaq,

Könlümün həm dağı, aranı Mığrı. 

Hələ Maralzəmi, çıxmır yadımdan,

Gəzir təpələrdə o Rəhim çoban.

Könlüm ayrılmadı köksündən bir an,

Dolanmaq istədim hər yanı, Mığrı. 

Yayda bağlardadır qış-qarın sənin,

Dəyir alma, üzm, yay narın sənin.

Gözəldir payızın, baharın sənin,

Kəkliktək qızların məkanı Mığrı. 

 

HİDAYƏT

Sosial həyat