Qələbə şeirini qanıyla yazdı…

post-img

O, 1997-ci ildə şairlər yurdu Şamaxıda dünyaya gәləndə adını Nazim (“Nəzm yazan”) qoyublar. Uşaqlıqdan poeziyaya, ədəbiyyata marağı olub. Ara-sıra şeirlər yazaraq dostlarına oxuyub. 2015-ci ilin oktyabr ayında Milli Ordu sıralarına hәqiqi hәrbi xidmәtә çağırılıb. Yola düşəndə isə sevdiyi “naməlum” qıza ünvanladığı şeirdə ona: “Sən mənim qəlbimdə nübar payımsan”, – deyərək yolunu gözləməsini istəyib.

Haqqında söhbət açdığımız Nazim Zəkarayev Silahlı Qüvvələrin Quru Qo­şunlarında qulluq edib. 18 yaşı olan şair qəlbli əsgər Tərtər–Ağdərə istiqamətin­dəki təmas xəttində döyüş tapşırıqlarını şərəflə yerinə yetirib. Sanki, şəhid ola­cağı ürəyinə damıbmış kimi, bir şeirin­də yazıb: 

Böyüyә, kiçiyә hörmәt elәdim, 

Allaha inandım, niyyәt elәdim. 

Altı ay Vәtәnә xidmәt elәdim, 

Torpaqdan yaranıb, torpağa döndüm.

2016-cı ilin aprel ayında erməni işğalçılarının növbəti dəfə atəşkəs re­jimini pozması səbəbindən başlanan şiddətli atışma zamanı Nazim qəhrə­mancasına şəhid olub. Şeirlәri әsgәr gödәkçәsinin cibindәn çıxıb. Ölümün­dәn sonra Azәrbaycan Prezidenti İlham Əliyevin sәrәncamı ilә3-cü dәrәcәli “Hәrbi xidmәtdәfәrqlәnmәyәgörә” me­dalı ilәtәltif edilib. 

Qismətinə Azərbaycan Yazıçılar Bir­liyinə üzv qəbul olunmaq, ilk şeirlər kita­bını buraxdırmaq düşməsə də, ən gözəl misralarını ürəyinin qanıyla yazıb. 

Şamaxı şəhərindəki Şəhidlər xiya­banında onun dəfn mərasiminə min­lərlə şəhər sakini, qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Avtomatlardan açılan yaylım atəşləri al­tında nəşi uğrunda can verdiyi torpağa tapşırılıb.

Şəhid şair Nazim Zəkarayevin bir şeirini oxuculara təqdim edirik.

 

MƏNİ GÖZLƏYƏRSƏN GƏLƏNƏ KİMİ?

Dözəbiləcəksən, bilmәyәcәksәn, 

Adımı qәlbindәn silmәyәcәksәn? 

İl yarım üzümü görmәyәcәksәn, 

Mәni gözlәyәrsәn gәlәnә kimi?

Adını qәlbimә şirin yazmısan, 

Sәn mәnim qәlbimdә nübar yazımsan. 

Ömrüməhavatək, sutək lazımsan, - 

Bunu bilmәyirdin dünәnә kimi.

Gedirәm düşmәndәn kamımı alım, 

Torpağımı alım, qanımı alım. 

Şәhid oğlanların yanında qalım, 

Göylәrdә Allahım bilәnә kimi!

 

Əli ƏLİYEV, “Xalq qəzeti”

Sosial həyat