Milli ermənişünaslığın hədəfləri

post-img

Əvvəli  https://xalqqazeti.az/sosial-heyat/125030-milli-ermenisunasligin-hedefleri

“Qərbi Azərbaycana Qayıdış mis­siyasının uğurla gerçəkləşdirilməsi Azərbaycan ermənişünaslığı qar­şısında da önəmli vəzifələr qoyur. Azərbaycan üçün nəinki elmi-idraki, hətta strateji əhəmiyyət kəsb edən bu problem indiyədək xüsusi araş­dırılmamış, müzakirə edilməmiş, bir sözlə, lazımi diqqətdən kənarda qal­mışdır. Buna görə də Azərbaycan er­mənişünaslığı sahəsində qeyri-qə­naətbəxş vəziyyət yaranmışdır”.

AMEA Tarix İnstitutunun baş di­rektoru, professor Kərim Şükürov mövzu ilə bağlı qəzetimizə açıqla­masının ikinci hissəsində bildirdi:

– Ermənilər və İran mövzusu da Azərbaycan ermənişünaslığın­da özünəməxsus yer tutmuşdur. M.Məmmədzadə 1927-ci ildə “Ermə­nilər və İran” adlı əsərini çap etdirmiş­dir. Bu mövzu S.Onullahinin tədqiqatla­rında da davam etdirilmişdir. 

Erməni dilində olan Azərbaycan qaynaqlarının öyrənilməsi. Məlum olduğu kimi, müəyyən tarixi şərait üzündən bəzi alban qaynaqları (M.Ka­lankatuklu, K.Qandzaketsi, Mxitar Qoş və b.) müasir dövrə erməni dilində gə­lib çatmışdır. Erməni tarixşünaslığında olduğu kimi, ilk vaxtlar Azərbaycanda da bu işi ermənilər həyata keçirmişlər. Kirakos Qandzaketsinin əsəri 1946-cı ildə Bakıda rus dilində çap edilmişdir. Z.Bünyadov M.Kalankatuklu və Mxitar Qoşun əsərlərini ingilis dilindən tər­cümə etmişdir.

Albanların Dağlıq Qarabağda deet­nizasiyası (erməniləşməsi) məsələsi Z.Bünyadovun monoqrafiyasında əsas­lı şəkildə qoyulmuşdur. Ü.Hacıyeva Qafqaz albanlarının deetnizasiyasına (XIX əsr) xüsusi tədqiqat həsr etmişdir. Y.Mahmudov və K.Şükürov Qaraba­ğa dair tədqiqatında da bu məsələyə toxunmuşlar.

Erməni tarixçilərinin əsərlərinin resenziyalaşdırılması. Bu tipli resen­ziyalar tarixi tədqiqat növü hesab olu­nur. Burada V.İşxaniyanın 1919-cu ildə Tiflisdə nəşr olunan kitabına resenziya ilk yeri tutur. Sonralar Q.Voroşil, M.Heydərov, Z.Bünyadov, M.Nemətova, V.Qiliyeva və b. resenziyalarını qeyd etmək olar. 

Azərbaycan və ermənilərin əlaqələri (ədəbi, tarixi və b.) haqqın­da. Bu mövzu əsasən sovet dövrün­də üstünlük təşkil etmişdir. M.Seyidov (ədəbi əlaqələr), Q.Voroşil və Z.Bu­daqovanın (dil əlaqələri) və S.Məmmə­dovun (tarixi əlaqələr) monoqrafiya və məqalələri qeyd oluna bilər.

Ermənilərin Azərbaycan torpaq­larına köçürülməsinə dair. Ermənilə­rin İran və Osmanlı imperiyasından Cənubi Qafqaza köçürülməsi erməni tarixşünaslığında kifayət qədər öyrə­nildiyi halda, Azərbaycan tarixşünaslığı uzun zaman susmuşdur. D.İsmayılza­də 1982-ci ildə Moskvada nəşr olunan kitabında bu məsələ üzərində dayan­mışdır. Bakıda isə K.Şükürov Cənubi Azərbaycan tarixi ilə əlaqədar bu süjeti nəzərdən keçirmişdir. 1980-ci illərin sonlarından bu məsələyə diqqət art­mış, H.Verdiyeva və M.Muradov tərə­findən çarizmin köçürmə siyasətinin tərkib hissəsi kimi araşdırılmışdır.

Ermənilərin 1980-ci illərin sonla­rında yeni ərazi iddiaları və bunun reallaşdırılması üçün siyasi-hərbi fəallığı Azərbaycan ermənişünaslı­ğının, demək olar ki, həyati əhəmiy­yətli suallara cavab verə bilmədiyini qeyd edən alim dedi:

– Belə bir şəraitdə Ermənistan və ermənilər haqqında qeyri-Azərbaycan müəlliflərinin əsərlərinin reprint nəşrlə­ri, xarici ədəbiyyatın tərcüməsi (rus və Azərbaycan dillərində) və çapı həyata keçirilməyə başladı. Ermənistanın öz tarixi torpaqlarında yaşayan azərbay­canlılara qarşı siyasəti, toponimləri dəyişdirməsi, maddi-mədəniyyət abi­dələrini məhv etməsi və azərbaycan­lıların deportasiyası haqqında. Demək olar ki, uzun müddət üzərindən sükutla keçilən bu məsələlər də 1980-ci illərin sonlarından öyrənilməyə başlanır. “Di­dərginlər” adlı toplu (1990) ilk belə nəş­rlərdən biri hesab oluna bilər.

1948–1953-cü illərdə köçürülmə­sinə dair əsaslı sənədli tədqiqatların başlanması və onun deportasiya kimi nəzərdən keçirilməsində A.Paşayevin rolu böyükdür. Azərbaycan Respubli­kası Prezidentinin 1997-ci il 18 dekabr fərmanından sonra deportasiyanın öyrənilməsi geniş hal almışdır. Ermə­nistanın azərbaycanlılara qarşı siyasə­tinin araşdırılmasında İ.Məmmədov, S.Əsədov, H.Rəhimoğlu və başqaları­nın tədqiqatları xüsusi qeyd oluna bilər. 

Ermənistanın Azərbaycan yer ad­larını dəyişdirməsi siyasəti və onun nəticələri B.Budaqov, Q.Qeybullayev, İ.Bayramov və b. tərəfindən öyrənil­mişdir. Ermənilərin Azərbaycandakı fitnəkar rolu, cinayətkar fəaliyyətinin öyrənilməsi də son dövrə aiddir.Bu məsələ üzrə B.Nəcəfov, Q.Sadıxov, R.Məmmədov, L.Məmmədova, V.Quli­yevin tədqiqatlarını, DTX, Azərbaycan MEA Tarix və İnsan Hüquqları İnstitut­larının nəşrləri diqqəti cəlb edir.

Uydurma erməni genosidi, erməni lobbisi, erməni şovinizmi, erməni ter­rorizmi, ermənilərin mənşəyi və tarixi haqqında araşdırmalar Azərbaycan ermənişünaslığında yeni süjetlərdir. “Qarabağ dünən, bu gün və sabah” el­mi-əməli konfransları respublikada er­mənişünaslığın inkişafına da müəyyən təsir göstərmişdir.

Nəzərdən keçirdiyimiz məsələləri uyğun istiqamətlər üzrə aşağıdakı kimi ümumiləşdirmək olar: 

1) erməni qaynaqlarının Azərbaycan tarixinin mənbələrindən biri kimi araş­dırılması; erməni müəlliflərinin əsərləri­nin resenziyalaşdırılması; Azərbaycan müəlliflərinin bizə erməni dilində çat­mış əsərlərinin öyrənilməsi və s.; 

2) ermənilərin Azərbaycana köçürül­məsi, azərbaycanlılara qarşı genosidi; 

3) Ermənistanın öz tarixi torpaqla­rında yaşayan azərbaycanlılara qarşı siyasəti; azərbaycanlıların deportasi­yası, Azərbaycana qarşı ərazi iddiaları, müharibəsi və onun ağır nəticələri; 

4) dünya ermənişünaslığından seç­mə yolu ilə nəşrlər və tərcümələr; 

5) ermənilərin İran və Türkiyədə fəa­liyyəti; 

6) ermənilərin mənşəyi, tarixi, terror­çuluğu və s. 

Bu istiqamətlərdən daha çox Azər­baycanla bağlı olanlar nisbətən geniş ədəbiyyat yaratmışdır. Ermənişünaslı­ğın mərkəzi məsələlərinə az diqqət yeti­rilmiş və ya ümumiyyətlə, bu məsələlər qoyulmamışdır. Azərbaycan erməni­şünaslığına beynəlxalq aləmdə istinad olunması faktları isə nadir hadisədir.

Professor Kərim Şükürov sonda qeyd etdi ki, beləliklə, qarşıya qo­yulan vəzifələr üzrə aparılan araş­dırmalardan aydın olur ki, sözün əsl mənasında, Azərbaycan ermənişü­naslığının formalaşmasından danış­maq mümkün deyildir:

– Ermənistanın Azərbaycana qarşı müharibəsi, ölkə ərazisinin müəyyən hissəsinin işğalı, ideya-siyasi, hərbi, bir sözlə, həyatın bütün sahələrində Azər­baycana qarşı düşmənçilik siyasəti apardığı dövrdə Azərbaycan erməni­şünaslığının belə bir vəziyyəti qənaət­bəxş hesab oluna bilməz və burada köklü dəyişikliklər edilməlidir. Bütün zə­ruri tələbləri nəzərə alan Azərbaycan ermənişünaslığı modeli hazırlanmalı (erməni dilinin tədrisi, ermənişünaslıq mərkəzlərinin təşkili və s. əsas götürül­məklə) və həyata keçirilməlidir.

Qısa müddətdə Azərbaycan ermə­nişünaslığının dünyanın qabaqcıl er­mənişünaslıq mərkəzləri səviyyəsinə çatdırılması təmin edilməlidir. Azərbay­can ermənişünaslığının dünya erməni­şünaslığına inteqrasiyası dövlətin stra­teji maraqlarına uyğun elmi-idraki və əməli informasiya əldə etməsini yeni səviyyəyə yüksəldə bilər.

Hazırladı: T.RÜSTƏMLİ, “Xalq qəzeti”



Siyasət