Baş katib: Kolonial miraslara qarşı mübarizəni davam etdirmək vacibdir

post-img

“Cəmiyyətlərdə sosial münasibətlər, siyasi proseslərdən və hakimiyyət strukturlarından qaynaqlanaraq insanların həyat keyfiyyətinə və ümumi rifahına dərin təsir göstərir. Siyasi fəaliyyət hüquqlara hörmət və ümumi mənafenin qorunması prinsiplərinə əsaslanmalı, üstünlük və hökmranlıq deyil, etik dəyərlər və məsuliyyət ilə istiqamətlənməlidir”.

XQ xəbər verir ki, bu fikirləri Qvadelupun Azadlığı NaminəXalq Birliyinin (UPLG) baş katibi, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qvadelup bölməsi üzrə koordinatoru Jan-Jakob Bisep Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda deyib. 
O, qeyd edib ki, müharibə güc balansının pozulması və uzun müddət toplanmış siyasi gərginliklərin fundamental nəticəsidir. Fransanın sabiq prezidenti François Hollandenin də ifadə etdiyi kimi, münaqişə dövrlərində siyasi fəzilət bəzən pis niyyətlərin və ideoloji sapmaların təzyiqi altında sınağa çəkilir. 
“Bu səbəbdən, ədalətsiz strukturlaşmalara, bəzi ictimai sistemlərdə mövcud olan istismar və kolonialist miraslara qarşı mübarizəni davam etdirmək vacibdir ki, daha ədalətli və tarazlı cəmiyyətlər qurmaq mümkün olsun”.

Nəzrin ELDARQIZI

XQ

Siyasət