“Əlcəzair Fransanın uzunmüddətli və son dərəcə qəddar müstəmləkəçiliyinə məruz qalmış ölkələrdən biridir. Burada Zorakılıq həm də gündəlik, inzibati, simvolik və psixoloji xarakter daşıyırdı. İşgəncələr fiziki yaralar yaradırdısa, davamlı mənəvi təzyiq və ləyaqətin inkarı dərin travmalar buraxırdı. Müasir psixologiya və antropologiya sahəsində aparılan tədqiqatlar bu təsirləri nəsildən-nəsilə ötürülən travma kimi təsvir edir”.
XQ xəbər verir ki, bu fikirləri antropoloq Əlcəzair Universitetində politologiya sahəsində elmi tədqiqatçı Hişem Daud Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda deyib.
O, qeyd edib ki, iyerarxiya kolonial sistemin əsas sütunlarından biri idi:
“Ağ Fransız adamı “yüksək mədəniyyət sahibi” kimi təqdim edilirdi, Əlcəzairli isə hüquqi və simvolik baxımdan aşağı mövqedə yerləşdirilirdi. Bu ideologiya siyasi diskursla məhdudlaşmır, həm də elmi və mədəni mexanizmlərlə dəstəklənirdi. Məsələn, kolonial arxeologiya Fransanın mövcudluğunu legitimləşdirmək üçün Əlcəzairdəki Roma qalıqlarını Timgad və Tipasa kimi ön plana çıxarırdı. XX əsrin əvvəllərində Stéphane Gsellin “Atlas archéologique de l’Algérie” əsəri bu yanaşmanın nümunəsidir”.
Nəzrin ELDARQIZI
XQ

