Aİ sülh sazişinin paraflanmasını alqışlayır

post-img

Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayır.

Bu barədə Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen birgə bəyanatında deyilir.

Vurğulanır ki, bu sənədin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir. Qeyd olunur ki, hər iki ölkə və bütün region üçün möhkəm, davamlı sülhə zəmin yaradır.

“Aİ Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini qətiyyətlə dəstəkləyir və hər şeydən əvvəl əhaliyə fayda gətirmək və bölgəni davamlı sülhə, sabitliyə və firavanlığa yaxınlaşdırmaq üçün regional qarşılıqlı əlaqəyə və tam açıqlığa investisiya qoymağa hazırdır”, - deyə bəyanatda bildirilib.

XQ

Siyasət