Erməni kilsəsinin dəyişməz xisləti

post-img

əvvəli https://xalqqazeti.az/az/siyaset/192233-ermeni-kilsesinin-deyismez-xisleti

Yaxud xristianlıqda “armenizm” xəstəliyi

Sonralar tarix səhnəsinə çıxmış, indi “erməni” dediyimiz hay etnik qrupunun inancını Günəş totemi təşkil etdiyindən, Allaha sitayiş arxa planda qalmışdı. Ermə­nilər daha çox Günəşə sitayişi davam etdir­mişlər. Tövhid xristianlığın ən əsas xüsu­siyyəti olsa da, hayların əcdadları buna az əhəmiyyət verir, bəzi hallarda hətta Allahı aldatdıqlarını zənn edirdilər. Njde “xristian dini ermənilər üçün alət rolunu oynamış­dır”, – deyəndə məhz bu cəhəti nəzərdə tuturdu. 

Ermənilərin dini inanclarının özünəməxsus xüsusiyyəti arevizm məsələ­sində də özünü göstərdi. Arevizmə sitayiş edənlər, əslində, zərdüştiliyi qəbul edənlər idilər və onların inanclarında səmimi olma­dıqlarını dünya ermənişünasları dəfələrlə qeyd ediblər. 

Zərdüştülükdə Od (Atar, sonralar Azər) ilahi ədalətin ifadəsi rəmzi hesab olunurdu. İbadətgahlarda odu sönməyə qoymaz, ona səcdə edər, odun şərəfinə məbədlər ucal­dardılar. Ermənilərin Hindistandan gəldi­yini iddia edənlər bu tezisi vurğulayırlar ki, onların əsas dinləri zərdüştüyün bir qolu olan arevizm idi. Od və atəş arevistlər üçün müqəddəs deyildi. Zərdüşt dininə si­tayiş edənlər arevist təlimi özlərinki hesab etmirdilər. 

Bu gün yezidiləri arevizmin daşıyı­cıları hesab edənlər də var. Ermənistanda kürd dilində danışan 20 minə yaxın yezidi yaşayır. Yezidilər cənnət və cəhənnəmin bu dünyada movcud olduğuna inanırlar. Deyirlər ki, insanın inancından, həyat tərzindən asılı olaraq dünya cənnətə və ya cəhənnəmə çevrilə bilər. Yezidilərin, elə­cə də özlərini arevist hesab edən hayların əməl etməli olduğu prinsip və inanclar bunlardır: dünya əbədidir; dünyanı yara­dan Allah onu heç vaxt qiyamətə aparmaz; insanlar təbiəti qorumağı və təbiətə qayğı göstərilməlidir; gündə 3 dəfə Günəşə iba­dət edilməlidir.

Bunlar həm də erməni arevizminin əsas prinsipləridir və yezidilərlə ermənilə­rin inancında heç bir fərq yoxdur. Erməni arevizmində Xeyirlə Şər eyni idi. Allaha ibadət etməyə, Ondan qorxmağa, Ondan utanmağa ehtiyac yoxdur. O, həmişə mər­həmətlidir və insanlara yaxşılıq və ya pis­lik etmək gücünə malik deyildir. Bu dinə tapınanlar və sonradan xristian dininə keçənlər həmin prinsiplərlə yaşamağa da­vam etmişlər. Və ortaya dini inanclarına belə sədaqəti olmayan toplum ortaya çıxıb. 

Xristianlığı qəbul etmək hayların inan­cından irəli gəlməyib. Onlar buna “siyasi nikah” kimi baxırdılar. Əsas inanc və giz­li saxlanılan din arevizm idi. Göründüyü kimi, haylar tək tanrıçılıq inancına sahib deyildilər. Tanrıçılığın mənəvi və dini mə­dəniyyətində özünə mühüm yer tutmuş xaç, guya, Qruqorinin köməyilə Armeniya­ya, Yunanıstana, Romaya, nəhayət, bütün Avropaya yayılmışdı. Ermənilər onu hazır simvol kimi qəbul etmişdilər. Bu, IV əsrdə baş vermişdi. Bundan sonra bərabərtərəfli xaç Qafqaz Albaniyası və İveriyada da qə­bul edilməyə başlanmışdı. 

Hayların müqəddəs Qriqorini ermə­ni kimi qələmə vermələri saxtakarlıqdır. Xristian alimləri də eyni fikirdədirlər ki, Qriqorinin ermənilərə, yəni haylara heç bir aidiyyatı yoxdur. Mənşəcə fars olan Qriqo­ri 257-ci ildə anadan olub. O, Parfiya çarı­nın nəslindən olan Anakın oğludur. Anak saray münaqişələri zəminində Armeniya çarı Xozroyu qətlə yetirir. Ənənəyə görə, çarı öldürənin nəsli məhv edilməli idi. 

Belə gərgin məqamda Qriqorinin ana­sı öz körpəsini təqiblərdən gizlədə bilir. O, təsadüfən rəhmdil, zəngin Sofiya adlı bir qadınla rastlaşır. O, Anakın oğlunun böyüməsi və tərbiyəsi ilə məşğul olur. Qriqorinin nəcibliyi və licənablığı Sofi­yanın tərbiyəsindən qaynaqlanır. Bununla, o, insanları özünə daha çox cəlb edə bilir. Qısa bir zamanda məşhurlaşan Qriqorinin xəstələrə şəfa verən loğman kimi tanınma­sı da onun xilasında rol oynayır. Hakim­lər məşhur vaizə ölüm hökmü elan etmə­dən onu ölkədən sürgün edirlər (30 mart 287-ci ildə). 

Qriqori böyük şöhrət qazandığından Armeniyanın o dövrdəki çarı Tridat onu öldürtdürə bilmir. Bu, ölkədə narazılıq dalğası yaradar, daxili münaqişələrə sə­bəb olardı. Onun zindana salınması da çarın nüfuzuna xələl gətirərdi. Qriqorini Romaya göndərməyin də səmərəsi yox idi. Çünki onu orada da yaxşı tanıyırdılar. Parfiyaya qaytarılması da doğru olmazdı. Öz ölkəsində Qriqori qəhrəman kimi qarşı­lanacaqdı. Yeganə çıxış yolu onu türklərin içinə sürgün etmək idi (onu buraya sürgünə göndərməklə Tridat türklərin Qriqoriyə qarşı amansız davranacağını güman edir­miş). 

Gözlənilənlərin əksinə olaraq, Qriqo­ri türklərin içində – Kapadokya-Kayseri­də özünü heç də narahat hiss etmir. Buna baxmayaraq, sürgün qaydalarına uyğun olaraq Qriqorini digər əsirlər kimi kahada saxlamalı idilər. 15 illik sürgündən sonra türklər Qriqorini 15 iyun 301-ci ildə azad edirlər. O, Armeniyaya işıqlı, maarifpərvər bir şəxs kimi qayıdır. Burada Qriqori Ar­meniyanın ilk katolikosu elan edilir. Ermə­nilər onlara aid olmayan “Armeniya” kəl­məsindən yapışaraq, Qriqorinin onlardan biri olduğunu iddia edirlər. Amma reallıq budur ki, parfiyalı din adamının haylarla uzaqdan- yaxından heç bir əlaqəsi yoxdur. 

V əsr salnaməçisi Favstos Buzandın “Armeniya tarixi” kitabında bu barədə mə­lumat verilir. Ermənicə dərsliklərdə bunlar saxtalaşdırılır, Qriqori erməni kimi təqdim olunur. Bu mənada ermənilərin xristianlığı hələ erkən orta əsrlərdən (301-ci ildə) qə­bul etməsi versiyası həqiqətdən və səmi­miyyətdən uzaqdır. O zaman heç erməni dövləti mövcud deyildi. Armeniya dövlət yox, coğrafi məkan kimi ya Parfiyaya, ya da Romaya bağlı bəylərbəyliyi, knyazlıq idi. Hayların vətəni, ana yurdu heç vaxt ol­mayıb və yoxdur. Bu coğrafi məkanda yüz­lərlə fərqli soya malik xalqlar yaşayırdı. Xristianlığın ilk dəfə ermənilər tərəfindən rəsmi din olaraq qəbul edilməsi də fiksi­yadır. Hətta milliyətcə erməni araşdırmaçı Filip Ekzoyants bu iddianı inkar edərək, “xristianlığı ilk qəbul edən dövlət” mifini dağıdıb. 

Ermənilər xristianlıqdan öz məkrli məqsədlərinə çatmaq üçün sui-istifadə et­mişlər. Əsrlər boyu başqa dövlətlərin tərki­bində yaşayan haylar yalnız milli mənafe­leri qədərincə xristian olmuşlar. Bu gün də elədir. Onlar lazım gəlsə, istənilən digər di­nin daşıyıcıları kimi çıxış etməyə hazırdır­lar. Lap bir anın içındə inanc dəyişikliyinə də gedə bilərlər. Yüzlərcə belə fakt var. 

Erməni üçün müqəddəs din yoxdur. Başqa mənada, sadəcə, armenizm vardır, bu isə ayrı xəstəlikdir. İndi biz armenizmi ideologiya kimi yayılan və təbliğ edilən bir nəzəriyyə saya bilərik. Təkamül baxımın­dan isə, əlbəttə, “təcrübədə həyata keçiril­məsi” mümkün olmayan bir plan olaraq görə bilərik. Armenizmin əsas məqsədi öncə milli ruhu aşılamaq, sonra onu dini ruhla birləşdirməkdir. Bu, erməniliyin çox vaxt diasporla bir olmaq istəyindən irəli gəlmişdir və onu xristianlığa bağlamağa səy göstərmişlər. Yenə də milli mənfəət dindən önə keçib. Bəlkə də, erməni mil­lətinin hədsiz dərəcədə millətçiliyə, irqçi düşüncəyə yuvarlanmasının əsas səbəblə­rindən biri budur.

(ardı var)

Qafar ÇAXMAQLI,
“XQ”nin Türkiyə müxbiri

Siyasət