"Seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsi, seçicilərin seçki məntəqələrinə rahat, maneəsiz gəlib səs vermələri üçün hər cür şərait yaradılıb".
Bu sözləri AZƏRTAC-a açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 15 saylı seçki məntəqəsinin sədri Fərid Mehdiyev deyib.
O bildirib ki, səhər saat 08:00-dan etibarən 15 saylı seçki məntəqəsində fəallıq müşahidə olunur: "Artıq 150-dən çox seçici öz səs hüququndan istifadə edib.
Məntəqələrdə seçki prosedurlarına ciddi əməl olunur. Hələ ki heç bir qayda pozuntusuna rast gəlinməyib. İnanıram ki, bu seçkilər dövlətimiz üçün xeyirli və uğurlu olacaq".