Cəlal Allahverdiyev: Yeni formalaşan Milli Məclisin Qərbi Azərbaycana qayıdış üçün şəraitin təmin edilməsində rol oynayacağına inanıram

post-img

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ölkəmizin gələcəyi üçün ciddi əhəmiyyət kəsb edir. İnanırıq ki, yaradılmış demokratik şəraitə uyğun olaraq, yeni parlamentdə xalqımızın milli kimliyini, mədəni irsini, tarixi yaddaşını dərindən dərk edən nümayəndələr yer tutacaqlar. Bu seçkilər nəticəsində formalaşan Milli Məclis azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı və inteqrasiyası üçün şəraitin təmin edilməsində, onların hüquq və mənafelərinin bütün səviyyələrdə qorunmasında əsas rol oynayacaq”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev deyib.

O qeyd edib ki, növbədənkənar seçkilər bütün Qayıdış planlarının uğurla həyata keçirilməsi üçün zəruri olan milli birliyin və həmrəyliyin daha da möhkəmlənməsini ifadə edir: “Güclü, vahid ideyalara söykənən xalq öz doğma torpaqlarına qayıtmaqla bağlı bütün çətinlikləri dəf etməyə,  ədaləti bərpa etməyə qadirdir. Bu kontekstdə parlamentin rolu Azərbaycanın maraqlarının beynəlxalq aləmdə qorunmasına və təşviqinə yönəlmiş milli strategiyanın tərkib hissəsinə çevrilir”.

Siyasət