İki parataekvondoçuya “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib

post-img

Martın 17-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.

XQ xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Nazirliyin Kollegiya qərarına əsasən, parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalova “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib.

Qeyd edək ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının çempionu, həmçinin dünya və ikiqat Avropa çempionudur.

Sabir Zeynalov isə Paris-2024 Yay Paralimpiya Oyunlarının, eləcə də dünya və Avropa çempionatlarının bürünc mükafatçısıdır.

İdman