Erməni irqçilik düşüncəsi gerizəkalıqdan qaynaqlanır

post-img

“Armenizm”in “andranikizm”, “tsexakronizm”, “erməni fədaizmi”, “erməni faşizmi” kimi “izmlər”i bəşəri təhlükə saçır

(əvvəli https://xalqqazeti.az/az/siyaset/188932-ermeni-irqcilik-dusuncesi-gerizekaliqdan-qaynaqlanir)

Müasir erməni faşizmi 

“Faşizm” anlayışının mənşəyi antik Roma idarəçilərinin geniş hökumət səlahiyyətini simvolizə edir və ucunda balta olan bir çubuq dəstəsinin adıdır, latınca fasces sözündən alınmışdır. Eyni simvol daha sonralar Fransa inqilabı zamanında “işıqlanma” mənasında, xalqın əlindəki dövlət gücünü təmsil edən qüvvə kimi istifadə edilmişdir. 

Faşizm bir sıra dəyişikliklərlə 1926-ci ildən etibarən İtalyanın rəsmi dövlət simvolu olmuşdur. Simvol özündə üç mənanı ehtiva edirdi: Dövlət gücü, xalq mülkiyyəti və  bərabərlik!  Bu şüarlar  faşizmin banisi Mussolininin  təbliğat kampanyalarında  istifadə edilmişdir. Faşizm, diktator  rejimlərini   möhkəmlətmək üçün istifadə edilən ümumi bir termin olmazdan əvvəl, italyan milliyyətçiliyini təmsil edən ideologiya olaraq ortaya atılmışdır. Ancaq onunla eyni vaxtda ortaya çıxan nasizm və falanjizm kimi  cərəyanlar da məqsəd baxımından bir italyan ideologiyası olan faşizmə yaxın olduqları üçün faşizmə bağlı siyasi hərəkətlər olaraq tanınmışlar. Daha sonra bunları almanlar mənimsəmişlər. Faşizm Hitlerin əsas ideoloji silahına çevrilmişdir. 

Həmin illərdə ermənilər də faşizmi mənimsəməyə başlamışlar. Avropada özlərinə nicat axtaran müharibə suçluları, Daşnak sütyun partiyasının tör-toküntüləri almanlardan bu ideyanı mənimsəmişlər. 

Milliyyətçi və ya irqçi fikirlərin mənimsənilməsi ölkələrə görə fərqli olmuşdur. Məsələn, italyan faşizmində “İtalyan vətəndaşlığı” anlayışı, alman nasizmində isə “Alman qanı daşıma” düşüncəsi ilə hərəkət edilmişdir. Mussolini doktrinasında vətəndaşlıq anlayışına üstünlük verilir, Hitler doktrinasında isə qan bağı xüsusi götürülür. 

Erməni faşizmi italyan faşizminə deyil, alman faşizminə  daha yaxındır.  Elə bu səbəbdən  hədəfə çatmaq üçün ermənilər 30-cu illərdə özlərini almanlara sırımağa çalışırdılar. Eyni irqdən olduqlarını “isbatlayan” dəlillər axtarıb “tapmaları” da uzun sürmədi. Faşizm odur ki, içindən bütün sevmədiklərinin ya fiziki məhvinə nail olur, ya da onları köləyə çevirir.  Faşist “Yeni nizam” anlayışı ilə Njdenin “Tsexakron” təlimi arasında  heç bir fərq yoxdur. Njdenin yaratdığı və bu gün də erməni cəmiyyətinin ideoloji lokomotivi rolu oynayan Tsexakronizm özündə irqçiliyi ehtiva edir. Bu cəhətdən Tsexakron faşizmlə eyniləşir.  Müasir dövrün qatı erməni faşisti Zori Balayan Qarabağda keçirilən bir toyda bunları deyir: “…Allah Qarabağı qoruyacaqdır, çünki Allahın özü də erməni və qarabağlıdır”. Bu, artıq faşizmdən də ötə bir şeydir. Sələfi Njde erməni soyunu “ari–ali irq” sayır, çağdaş faşist Balayan isə hətta Allahın da erməni olduğunu iddia edir. Faşizm və erməni irqçi monoetnik milliyətçiliyi həddindən artıq millətçi, anti-demokratik,  anti-kapitalist, popülist və avtoritar bir sistemdir.

Almaniyada yaradılmış erməni legionu

Ermənilərin əsas şüarı Garegin Njdenin “Almaniya üçün ölən Ermənistan üçün də ölür” deyimi idi. Ermənilər Adolf Hitleri çox sevirlər. İmkanları olsaydı ona da İrəvanda heykəl də qoyardılar.  Onlar Hitlerə aid etdikləri bir ifadəni də işlətməyi də çox sevirlər.  Guya, Hitler yəhudiləri qırmağı qərarlaşdırarkən demişdir ki, “… Türklər Birinci dünya nüharibəsi dövründə erməniləri məhv etdilər, onlara nə edildi ki, bizə də nəsə edilsin.” Bu, bir erməni yalanıdır, işlərinə yaradığına görə bu ifadəni uydurublar   Dünyanın müxtəlif ölkələrinə göndərdikləri və müxtəlif üsullarla qondarma “Erməni soyqırımı” nın qəbul edilməsinə nail olduqları (artıq belə ölkələrin sayı 31-dir)  qanun təkliflərində Hitlerin bu fikri mütləq yer alır.  Faşizmə belə heyranlıq bu gün də erməni cəmiyyətinə Hitlerə simpatiya ruhu gətirir və hətta bu fikri söylədiyinə görə “bəlkə Hitler də erməniymiş” deyənlər də tapılır. Ermənilərə görə Nuh (ə.) da ermənidir. Nuh Peyğəmbərlə əlaqədar “Dünya tufanından” danışarkən ermənilər onu öz tarixləri kimi verməyə başlayıblar.  Bəzilərinin əsərlərində  göstərilir ki, Nuh gəmisindən qurunu görərkən ermənicə “yerevats”–“göründü ” demişdir. Buna yalnız gülmək olar. Nuhla əlaqədar “Ümumdünya tufanı” haqqında əfsanəni kim bilmir?! Hətta az savadlı adamlar da “Bibliyanın” “Əsari ətiq” hissəsinin “Varlıq” bölməsini oxuyublar. Orada bu barədə geniş yazılıb Məlumdur ki, bu tufan haqqında məlumat təkcə əfsanə deyil. Bu fəlakət haqqında mixi yazı mənbələrində də məlumatlara rast gəlinir. Oxucularımızın bir çoxunun yəqin yadında qalıb, Hrant Matevosyan 70- 80-ci illərdə Azərbaycanda ən çox oxunan erməni yazarlarından idi. İnsafən keçmiş SSRİ- də də onu yaxşı tanıyırdılar. Onun “Aniv”( Çarx) jurnalında bir fikrinə rast gəldim.  Öncə  bu fikrin tərcüməsini olduğu kimi verirəm: 

“Ermənistan vətəndaşı üçün  ən böyük ziyan – imperiya insanı statusunu   itirməsi oldu. İmperiyanı  müdafiə etməyin itirilməsi, sözün ən yaxşı mənasında, məhz  imperiyanın mənasının itirilməsidir. Bunun  daşıyıcısı isə  həmişə Rusiya olmuşdur.  İmperiya insanı olmağı biz itirmiş olduq.

Böyük insanı,  hər şeyə qadir insanı, özünütəsdiq etmiş insanı itirdik.  Bu insanı “çar uşağı” da adlandıra bilərsiniz, “Moskva uşağı” da, “imperiya uşağı” da...  Mən cəsarətlə deyə bilərəm ki, ötən əsrin 70-ci illərindən başlayaraq bu günə qədər ermənilər hər zaman  daha yüksək mövqe tutmuşdular, daha qüdrətli idilər. Bəlkə də  bu paradoksal görünə bilər,  deyim ki,  daha azad ermənilərdi, onlar bizi imperiya boyunduruğundan  cəsarətlə xilas etdilər.”

Yazıçı Hrant Matevosyanı müasir erməni irqçilər heç  sevmirdilər. Ona görə ki, Matevosyan  gerçəkləri bütün çılpaqlığı ilə söyləyən tək-tük ermənilərdən idi. “Aniv” jurnalından götürdüyümüz və olduğu kimi verdiyimiz  bu sitatda erməniliyin iç üzü açılır.  Matevosyan deyir ki, “...fərd və millət olaraq erməni  tarixin bütün zamanlarında yalnız kiminsə kölgəsində olarkən bir şey ifadə edə bilmişdir. Erməni Sovetlər Birliyinin qanadı altında, xəzinədən yararlanaraq  dövlətdən dotasiya ala-ala, onu-bunu  aldada – aldada baş girləyən toplumlardan biri idi və insan olaraq isə Rusyanın hər yerində şəstlə, qürurla gəzirdi. Deyərdin ki, sanki elə bu imperiyanın sahibi ermənilərdir”. Matevosyan deyir ki, gerçəkdən də belə idi, “o, əlində hər şey olan  imperiya insanı idi”, bundan istənilən zamanda və istənilən ölçüdə yararlana bilirdi.

Matevosyan soruşur: “Bəs indi kimdir erməni? Müstəqil Ermənistan vətəndaşı olan erməni bir şey ifadə edirmi? Əvvəlki sərbəstliyi varmı?” Sonra da öz suallarına özü cavab verir: “Bir var İmperiya balası olasan, bir də var  kiminsə “forpost”  hesab elədiyi müşahidə məntəqəsinin gözətçisi...” Fərq budur. O, Ermənistan vətəndaşı üçün  "Rusiya həmişə vardır və bizi qoruyacaq " kimi bir qənaətdən də uzaqda tutur özünü... Nədən? Çünki bir zamanlar bu xalqı qoruyub günümüzə qədər gətirən Selcuklular, Osmanlı imperiyaları olmuşdur və ağıllı adamlar da bilirlər ki, (Matevosyan da bunu bilməmiş deyildi) sonda  ermənilər bu imperiyalara xəyanət etmişlər.  Bu gün sırada Rusiyadır və gələcəkdə digər imperiyalar olacaq bu xəyanətin obyekti? Ermənistanda artıq o fikir vardır ki, Rusiya dövrü bitmişdir, daha yaxşı “kirvə” Amerika ola bilər. Fransa da cəlbedicidir,  və  artıq bəllidir ki, bu xəyanəti ruslar da yaşayacaqlar. Bir zamanlar romalılar, sonra Bizanslar, sonra Osmanlılar üçün olanlar olacaq. Çünki bu millət  heç vaxt imperiya insanı ola bilməyib.  Neçə əsrlər boyu özünəxas yaşam tərzinə malik millətləri, tarixi min illərlə ölçülən  insanları qiymətləndirmək  ola bilər ki, bir qədər məntiqsizdir, amma erməniləri artıq tanıyırıq.  

Və digər erməni yazar , hazırda mühacirət həyatı yaşayan  Vahe Avetyanın təsbiti:

– Siz nasistsinizmi?

– Əlbəttə. Çünki mən Ermənistanda doğuldum, orada böyüdüm, məni ermənilər tərbiyə etdilər. Başqa nə cür ola bilər ki?

Ona görə də mən nasistləri, faşistləri və digər gədaları dərhal, anında tanıyıram.

(ardı var)

Qafar ÇAXMAQLI,
“XQ”nin Türkiyə müxbiri

 

Siyasət