Prezident İlham Əliyev: Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir

post-img

Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, müxtəlif sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqronun Prezidenti Yakov Milatoviçə təbrik məktubunda yer alıb.

Monteneqronun milli bayramı münasibətilə Prezident Yakov Milatoviçi və bütün xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edən dövlətimizin başçısı məktubunda, həmçinin bildirib: “Əminəm ki, ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Prezident İlham Əliyev bu bayram günündə həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və rifah diləyib.

Siyasət