Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə xidmət sahələrinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin və yerli bələdiyyələrin iştirakı ilə İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası olmuşdur.
Şura iclasında rayonun 2024-cü ilin 1-ci yarım ili ərzində sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı sahəsində görülmüş işlər müzakirə edilmişdir. Bundan əlavə “Rayonda humanitar sahədə aparılan işlərin təhlili barədə”, “Rayonda qanunsuz tikintilərin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər haqqında”, “Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizə və şikayətlər barədə” və “Goranboy rayonu ərazisində əsas turizm marşurutları üzrə yolkənarı obyektlərin abadlaşdırılması işləri barədə” məsələlər geniş müzakirə edilmişdir.
Rayon rəhvəri müzakirə edilən məsələlərlə bağlı, aidiyyəti məsul şəxslərə öz tapşırıqlarını vermiş, tövsiyələrini bildirmişdir.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Goranboy