Zaxarova: Bu müqavilə eskalasiyanı təhrik etmək üçün növbəti addımdır

post-img

Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə Fransanın Ermənistana "Caesar" özüyeriyən haubitsalarının tədarükü ilə bağlı müqaviləni şərh edərkən deyib.

Zaxarovanın sözlərinə görə, bu müqavilə eskalasiyaya səbəb olan növbəti addımdır. O, hesab edir ki, Fransa Ermənistanın maraqlarını rəhbər tutmur, sadəcə olaraq ölkələr daxilindəki fikir ayrılıqlarından öz fürsətçi məqsədlərinə çatmaq üçün alət kimi istifadə etməyə çalışır. Eyni zamanda o, Fransanı NATO ideologiyasının dirijoru adlandırıb.

Xatırladaq ki, Parisdə Ermənistan və Fransa müdafiə nazirləri arasında aparılan danışıqlardan sonra özüyeriyən silahların tədarükünə dair müqavilə imzalanıb.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilənin imzalanmasına münasibət bildirərək, Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə və yeni ocağın yaradılmasına görə məsuliyyət daşıdığını bildirmişdi. 

S.ELAY

XQ

Siyasət