Ter-Petrosyan partiyasının Paşinyan iqtidarına qəzəb püskürtüsü

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentindəki son çıxışında Qarabağ məsələsinə toxunması və mövcud xüsusda bölgənin itirilməsinə görə yağdırdığı ittihamlar, eləcə də ümumən Qarabağ danışıqları ilə bağlı səsləndirdiyi fikirlər ölkədə sərt reaksiya doğurub. Bu baxımdan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbəri olduğu Erməni Milli Konqresinin yaydığı bəyanat üzərində dayanaq. Nəzərə alaq ki, Paşinyan həmişə birbaşa eks-prezidentlər Robert Koçaryanı və Serj Sarkisyanı ittiham etdiyi halda, bu dəfə Ter-Petrosyanı başlıca hədəfə çevirib. 

Əvvəlcə, onu bildirək ki, 2020-ci ilin 44 günlük müharibəsindəki acınacaqlı məğlubiyyətdən sonra erməni siyasi sisteminə anarxiya hakim kəsilib. Bu tendensiya dövlət rəsmilərinin də çıxışlarında özünü göstərir. Müxalifət təmsilçiləri iqtidarı, belə demək mümkünsə, qurşaqdan aşağı ifadələrə “qonaq etdikləri” kimi, qarşı tərəf də eyni ritorikaya üstünlük verir. Əslində, Paşinyanın parlamentdəki son çıxışına da mövcud prizmadan yanaşmaq lazımdır.

Beləliklə, Paşinyanın dediyinə görə, 1996-cı ildə ATƏT-in Lissabon sammitinin nəticələrindən biri “Dağlıq Qarabağ probleminin həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş konstitusiya” olub ki, ona görə də bölgə Azərbaycanın tərkibində qalmalı idi. Bu tezis ilk dəfədir ki, gündəmə gəlir. Nikol onu da deyib ki, Qarabağın özünüidarəetmə və öz müqəddəratını təyinetmə konsepsiyaları ilə bağlı qərar erməni reallığında səhv başa düşülmüşdü. Sən demə, buna səbəb 199-cı ildə internetin, sosial şəbəkələrin yoxluğu imiş. Həqiqətən də absurd fikirdir.

Paşinyan daha sonra deyib ki,  1996-cı ildən Ermənistanın birinci prezidenti L.Ter-Petrosyanın tərkibində yer aldığı Hayastanın “klerikal-feodal elitası” issabon sənədini gizlədib, erməni xalqını aldadıb. Məqsəd isə hakimiyyəti ələ keçirmək və saxlamaq olub. Ən əsası isə Nikol rmənistanın birinci prezidentini sonrakı dövlət başçıları R.Koçaryan və S.Sarkisyanla Qarabağ məsələsində status-kvonu saxlamaq məqsədli işbirliyində günahlandırıb. Görünür, birincinin ikincilərin təmsil olunduqları xuntanın təzyiqi səbəbindən hakimiyyətdən geri çəkilməsini nəzərdə tutub.

Yəni, əslində, Paşinyanın məntiqi ondan ibarətdir ki, Qarabağ 1996-cı ildən onsuz da əldən çıxmışdı. Bu mənada onu haqlı saymaq mümkündür. Ona görə ki, sözügedən issabon sammiti beynəlxalq müstəvidə Azərbaycanın böyük diplomatik uğuru kimi qiymətləndirilir. Baş nazir, həmçinin, L.Ter-Petrosyanı və rməni Milli Konqresini “Müharibə və ya Sülh” maddəsinin müddəalarından imtinada, mahiyyətcə öz prinsiplərinə xəyanətdə günahlandırıb.

Məsələ burasındadadır ki, N.Paşinyan 2018-ci ildə iqtidara yiyələndikdən sonra bir müddət, necə deyərlər, taym-aut götürdü. Onun Qarabağla bağlı lap əvvəlki açıqlamaları pozitivlik yaradırdı ki, bu adam baş nazir olduqdan sonra danışıqlarda konstruktiv davranacaq, reallıqları nəzərə alacaq.

Haşiyə çıxaq ki, Nikol hakimiyyətə gəlməzdən əvvəl Qarabağı rmənistan üzərindən asılmış ağır daş kimi təsvir edirdi. Lakin sonradan haqqında söz açdığı “Müharibə və ya Sülh” məntiqi ilə gedib. Görünür, “Qarabağ rmənistandır nöqtə” bəyanatını da bu məntiqdən irəli gələrək verib. Hər halda, həm də erməni cəmiyyətindəki sərsəm baxışların dəyişməyəcəyini gördüyündən belə davranıb. Nəticədə “ən yaxşı erməni” olmağı üstün tutub. Axı “ən yaxşı erməni” Şuşada – Cıdır düzündə şərab içib sərxoş olandır.

Sonra yaşananlar da hər kəsə yaxşı məlumdur – 44 günlük müharibə və bağı beynəlxalq hüququn subyekti kimi tanımaq imiş. Hər halda, ortada cəfəng məntiq var. Ümumən onu da deyək ki, rməni Milli Konqresinin anti-Paşinyan tezislərində başlıca xətt odur ki, sanki beyonun acınacaqlı nəticələri. İndi Nikolun sözlərindən belə çıxır ki, vaxtilə  .Ter-Petrosyan da eyni yolu tutmalı imiş. Tutmadı və yerini danışıqlar prosesini uzadacaq qüvvəyə, daha doğrusu, Koçaryan-Sarkisyan cütlüyündən ibarət “Qarabağ klanı”na verdi. Çox güman, Paşinyanın fikrincə, bu güzəşt rmənistanın mənafeyini satmaqdır. lə isə  .Ter-Petrosyanın rəhbərlik etdiyi rməni Milli Konqresinin baş nazirin bildirdiklərinə cavabına nəzər salaq.

* * *

Beləliklə, Ermənistanın birinci prezidentinin partiyası bildirib ki, N.Paşinyan dəfələrlə issabon sammitinə dair yalan danışıb. “Rəqibin inadkar axmaqlığını nəzərə alaraq, aşağıdakıları təkrarlamaq məcburiyyətindəyik: 1996-cı ildə Ermənistan qanuni hüququndan istifadə edərək, təklif olunan layihəyə veto qoyduğundan, ATƏT Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüquq baxımından heç bir məcburi qərar qəbul etmədi. Ümumiyyətlə, BMT Təhlükəsizlik Şurası və qurumun mandatını almış ATƏT Qarabağ məsələsinə dair, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini əsas götürən heç bir qərar qəbul etməyib. Amma fakt budur ki, həmin BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnamə qəbul edib. Amma rəsmi İrəvanın həmin qətnamələrin müddəaları ilə hüquqi manipulyasiya yolu tutduğu, müxtəlif interpreativ təqdimatlar irəli sürərək, mahiyyətdən yayındığı məlumdur. Əslində, rməni Milli Konqresinin mövqeyi də bu yolla özünü təmizə çıxarmaqdır. L.Ter-Petrosyanın partiyasının 1994-cü il ATƏT-in Budapeşt sammitindən söz açması da həmçinin. Qurumun bəyanatında bildirilib ki, guya, həmin sammit Qarabağın gələcək yekun statusunu müəyyənləşdirərkən, ona rmənistan və Azərbaycanla bərabər statusun verilməsi barədə qərar qəbul edibmiş. Ən əsası isə guya bu, mahiyyətcə Qarabağı beynəlxalq hüququn subyekti kimi tanımaq imiş. Hər halda, ortada cəfəng məntiq var. 

Ümumən onu da deyək ki, rməni Milli Konqresinin anti-Paşinyan tezislərində başlıca xətt odur ki, sanki beynəlxalq aləm Qarabağı Azərbaycan ərazisi kimi tanımırmış. Əslində isə belə deyil. Sadəcə, ikili standartlar siyasəti həyata keçirən dünyanın bəzi qütbləri çox çalışırdılar ki, müxtəlif sənədlər vasitəsilə Qarabağın və Azərbaycan torpaqlarının işğalına hansısa hüquqi don geyindirsinlər. Otuz ilə yaxın davam etmiş danışıqlar prosesində də başlıca məqsəd bu idi. Ancaq Azərbaycan diplomatiyasının prinsipial davranışı nəticəsində mənfur niyyətlər gerçəkləşmədi. Ter-Petrosyanın partiyası həmin niyyətin yalnız bir detalını açıqlayır. Söhbət 1997-ci ildə ATƏT-in Minsk qrupunun irəli sürdüyü “mərhələli həll” təklifindən gedir. Məlumdur ki, sözügedən təklif Qarabağdakı separatçı rejimin buna razı olmaması ilə həyata keçmədi. Sanki rmənistan razı imiş... 

Qeyd edək ki, Ermənistanın birinci prezidenti 2016-cı ildə dərc olunmuş “Qarabağın müstəqilliyinin tanınması haqqında” məqaləsində yazırdı ki, Minsk qrupunun apardığı danışıqlara lazımi şəkildə daxil edilərsə, “beynəlxalq ictimaiyyətin gec-tez Qarabağın müstəqilliyini tanıyacağına şübhə yoxdur”. Məsələni gündəmə gətirən Erməni Milli Konqresi vurğulayır ki, N.Paşinyan “Qarabağ Ermənistandır nöqtə” şüarı ilə danışıqları iflasa uğratdı. Partiyanın bildirdiyinə görə, qurumun kursu kompromis təkliflərin həyata keçirilməsini, o cümlədən, Qarabağa və Ermənistana aid olmayan ərazilərin qaytarılmasını əsas tuturmuş. Yəni Paşinyan məlum bəyanatı ilə buna imkan verməyib və nəticədə hər şey əldən çıxıb.

Ə.CAHANGİROĞLU

XQ

 

Siyasət