Prezident İlham Əliyevin innovasiyayönümlü istehsala əsaslanan sosial-iqtisadi siyasəti, apardığı islahatlar Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb və respublikamız dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb.
Hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyır.
Bu gün Azərbaycanda xarici investiya qoyuluşuna böyük əhəmiyyət verilməklə yanaşı, dövlət müəssisələrinə ayrılan sərmayələrin səmərəli istifadəsinə də nəzarət gücləndirilib. Belə ki, dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədi ilə Prezident İlham Əliyevin 2020-ci il 7 avqust tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqi yaradılıb.
Son illərdə investisiya mühitinin daha da yaxşılaşdırılması üçün vergi və gömrük islahatları da davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib. Bütün bu sistemli yeniliklər isə ölkəmizin Dünya Bankının Doing Business reytinqində ilk iyirmiliyə daxil olmasını gerçəkləşdirib. Dünya Bankı ekspertlərinin fikrincə, respublikamızın belə bir müsbət nəticə əldə etməsi Azərbaycanda 4 sahədə daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi, müqavilə intizamı bizneslə məşğul olmağın daha da asanlaşması ilə bağlıdır.
Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. yni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” də ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərir. Adı çəkilən Yol Xəritəsinin müvafiq hədəflərini reallaşdırmaqla biznes mühitinin səmərəliliyinin artırılması istiqamətində orta müddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiqini, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsini, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsini gerçəkləşdirir.
Sözügedən Strateji Yol Xəritəsinin 5-ci bölməsində göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər il ÜDM istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni iş yeri yaradılacaq. İqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində isə qeyri-rəsmi məşğulluğun payı azalacaq.
Göründüyü kimi, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir. Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını şərləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb. Bundan savayı, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çoxsayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.
***
Bu ilin rübündə Azərbaycan investorlarının xarici ölkələrə yatırdığı birbaşa investisiyalar üzrə gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz, qeyri-neft-qaz sahəsi üzrə qoyulan birbaşa investisiyalardan əldə edilən gəlirlər isə 9 faiz artıb. Xarici investorların Azərbaycana yönəltdiyi birbaşa xarici investisiyalardan əldə olunan gəlir əsasən neft-qaz sektorunu əhatə edib. Bu dövrdə xarici investorlar ölkəyə yatırılan birbaşa investisiyalardan 837,3 milyon ABŞ dolları məbləğində gəlir əldə ediblər ki, bu məbləğin 93,8 faizi xam neft və qaz şəklində repatriasiya vasitəsilə əldə olunub.
Cari ilin yanvar-mart aylarında ehtiyatların idarə edilməsindən gələn gəlir 300,9 milyon ABŞ dollarına çatıb. Bu məbləğin də əhəmiyyətli hissəsi Dövlət Neft Fondu və Azərbaycan Mərkəzi Bankının ehtiyatların idarə edilməsindən əldə etdiyi gəlirdir. Buna qarşılıq yerli qiymətli kağızlara qoyulan investisiyalara görə, qeyri-rezidentlərə faiz ödənişi 14 , milyon ABŞ dolları, qeyri-neft-qaz sektoru üzrə qiymətli kağızlardan ödənilən faiz ödənişi isə 51,7 milyon ABŞ dolları olub. Bundan əlavə, Azərbaycan xarici ölkələrə verilən kreditlərə görə faizlər, həmçinin digər ödənişlər üzrə 0 ,9 milyon ABŞ dolları gəlir əldə edib ki, bunun da 91,9 faizi qeyri-neft-qaz sahəsinin payına düşür.
Rüb ərzində Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq 1,5 milyard ABŞ dolları səviyyəsinə çatıb. Habelə cari ilin ilk rübündə birbaşa xarici investisiyaların ÜDM-ə nisbəti 8,8 faiz, qeyrineft-qaz birbaşa xarici investisiyaların qeyri-neft-qaz ÜDM-ə nisbəti isə 1,7 faiz təşkil edib. Buna baxmayaraq qeyri-rezidentlərin yerli iqtisadiyyata yatırdığı birbaşa xarici investisiyalar üzrə xalis maliyyə öhdəlikləri 358,7 milyon ABŞ dolları azalıb.
Birinci rübdə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyanın 1 ,4 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu dövrdə ölkəmizə ən çox birbaşa xarici investisiyanı Böyük Krallıq 443, milyon ABŞ dolları , Türkiyə 1,4 milyon ABŞ dolları və BƏƏ 190,7 milyon ABŞ dolları yatırıb.
Nicat HACIZADƏ,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri