Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən oktyabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib.
ADSEA-dan XQ-yə bildirilib ki, Agentliyin sədri Zaur Mikayılovun oktyabrın 24-də Göygöl rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi oktyabrın 31-nə dəyişdirilib.
Qeyd edək ki, vətəndaş görüşü Göygöl rayonunda Göygöl və Daşkəsən rayonlarının sakinləri üçün nəzərdə tutulub.