Sabiq ABŞ səfirinin ermənilərə tutarlı ismarıcı

post-img

Diplomat bildirir ki, İrəvanın Bakı ilə sülhə getməsinin tam vaxtıdır

Ermənistan hərbi-siyasi rəhbərliyinin Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycana qarşı Qarabağda başlatdığı separatçılıq hərəkətlərinin – sonradan işğalçılıq müharibəsinə çevrilərək torpaqlarımızı zəbt etməsinin nə qədər yanlış olduğunu Ermənistanda dərk edənlərin sayı getdikcə artır. İndi daha çox şəxs etiraf edir ki, ölkəninbu gün üzləşdiyi problemlərin, yaşadığı çətinliklərin əsası, əslində, həmin illərdə qoyulub.

Əlbəttə, Hayastanda bu düşüncədə olanlar əvvəllər də var idi. Sadəcə, ümumi xorda belələrinin səsi eşidilmirdi. Haylar o illərdə Azərbaycanda hökm sürən başıpozuqluqdan, daxili çəkişmələrdən, hərc-mərcilikdən istifadə edərək, habelə, xarici havadarlarının köməyinə arxalanaraq, torpaqlarımızı işğal etmiş və Birinci Qarabağ müharibəsindən qalib ayrılmışdılar. Ancaq bunun yekun qələbə olmadığı hamıya gün kimi aydın idi. İki müharibə arasında Hayastanda bəzi şəxslər güzəştlərdən danışırdılar, onlar başa düşürdülər ki, işğal edilmiş əraziləri əllərində uzun müddət saxlaya bilməyəcəklər. yni zamanda, dərk edirdilər ki, Azərbaycan xalqı torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Ancaq qələbə eyforiyası ilə beyinləri dumanlanmış əksər ermənilər xam xəyallarda idilər.

Əlbəttə, biz iddia etmirik ki, vaxtilə kompromisdən danışan ermənilər işğal olunmuş əraziləri tamamilə, qeyd-şərtsiz ölkəmizə qaytarmaq istəyirdilər. Xeyr, sadəcə olaraq, onlar çalışırdılar ki, növbəti müharibə olmasın. Hər iki tərəf üçün optimal həll yolu tapılsın. Əslində, Azərbaycan tərəfi də buna razı idi. Amma indi İrəvan küçələrində iğtişaşlar salan, qarşıdurma yaradan “Qarabağ klanı”nın başçısı Robert Koçaryan və tərəfdarları hər cür güzəşti istisna edirdilər.

O dövrdə ermənilər arasında az-çox rasional fikir söyləyənlərdən biri də erməniəsilli ABŞ səfiri, dvard Cerecyan idi. Hazırda 85 yaşı olan sabiq səfir ABŞnin təcrübəli diplomatlarından hesab olunur. O, Birləşmiş Ştatların 8 prezidentinin administrasiyası ilə işləyib. 1985-ci ildə E.Cerecyan Prezident Ronald Reyqanın xüsusi köməkçisi və mətbuat katibinin xarici işlər üzrə müavini təyin edilib. 1981–1984-cü illərdə İordaniya Haşimilər Krallığında Amerika diplomatik missiya rəhbərinin müavini vəzifəsində çalışıb. 1988–1991-ci illərdə ABŞ-nin Suriyadakı səfiri vəzifəsində işləyib və Prezident Hafiz Əsədlə yaxşı şəxsi münasibət qurub. 1991–1993-cü illərdə ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə müavini vəzifəsində çalışıb. 1993– 1994-cü illərdə ABŞ-nin İsraildəki səfiri olub. 

1994–2022-ci illərdə Cerecyan Texas ştatındakı Rays Universitetində Ceyms Beyker adına İctimai Siyasət İnstitutunun direktoru işləyib. Ötən ayın 8-də sabiq səfir rmənistan Amerika Universitetinin məzunları qarşısında çıxış edib. Sonra isə ABŞ-yə yollanıb.

Cerecyan hələ 2017-ci ildə “Mediamaks” saytına verdiyi müsahibədə demişdi: “Beynəlxalq vəziyyətdən asılı olmayaraq, rmənistan elə bir mövqe tutmalıdır ki, həmin mövqe ona ŞimalCənub və Şərq–Qərb oxları üzrə öz milli maraqlarını irəli aparmağa imkan versin. Bu, ölkənin coğrafi mövqeyini nəzərə alaraq, rmənistan siyasətində daimi xətt olmalıdır. Siyasətdə coğrafiya çox vaxt dağıdıcı olur”.

İrəvana sonuncu səfəri zamanı verdiyi müsahibədə isə sabiq səfir bildirib ki, əvvəllər bəyan etdiyi strategiya rmənistan üçün hələ də aktualdır. Qeyd edib ki, Hayastan dənizə çıxışı olmayan kiçik ölkədir. Buna görə də inkişaf etmək üçün ilk növbədə sülh və təhlükəsizliyin bərqərar olması üçün səy göstərməlidir: “Son müsahibəmizdən sonra sevindirici xəbər budur ki, rmənistan demokratik inkişaf yolunda olduğunu sübut etdi. Demokratiya çox vacibdir və daxildən inkişaf etdirilməli və gücləndirilməlidir. Bunu elə etmək lazımdır ki, erməni xalqı dövlətin öz xalqına təklif edə biləcəyi iqtisadi rifah, təhlükəsizlik və əsas xidmətlərdən istifadə edə bilsin”.

Eyni zamanda, Cerecyan qeyd edib ki, rmənistan özünün xarici siyasətini 30 dərəcə inkişaf etdirməlidir: “Yəni, region ölkələri və qonşuları ilə əlaqələr qurmalı və onun inkişafı üçün çalışmalıdır. Söhbət “3+3” formatından gedir: Azərbaycan, İran və Gürcüstanla, həmçinin Türkiyə, İran və Rusiya ilə ikitərəfli münasibətlər. “3+3” perspektivli xarici siyasət yürütmək baxımından rmənistan üçün həyati əhəmiyyətlidir. Göründüyü kimi, sabiq səfir İrəvanın qonşu ölkələrlə əlaqələri inkişaf etdirməsinin vacibliyindən danışır. Burada xüsusi vurğunu isə “3+3” formatına yönəldir. Vətən müharibəsindən sonra ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş həmin format Cənubi Qafqazın 3 ölkəsinin regionun bir hissəsi olan Türkiyə, Rusiya və İranla sıx əməkdaşlığını nəzərdə tutur. Birgə əməkdaşlıq, regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması bütün region ölkələri üçün fayda deməkdir. Təəssüf ki, rmənistan rəhbərliyi hələ də regional kommunikasiyaların açılmasına imkan vermir. Bu isə Azərbaycanı İran ərazisi vasitəsilə Naxçıvana alternativ yolun inşasına sövq etdi. Hazırda layihə uğurla icra olunur. rmənistan isə yenə də özünü təcrid vəziyyətində qoymağa davam edir. Cerecyan da bunu başa düşərək, əslində, rrmənistan rəhbərliyinə çağırış edir ki, ələ düşən fürsəti dəyərləndirsin. Çünki onlar indiyədək bir çox şansları qaçırıblar. Məhz rmənistanın işğalçılıq siyasətinin nəticəsidir ki, Azərbaycandan Avropaya gedən bütün iqtisadi layihələr və nəqliyyat-kommunikasiya xətləri rmənistandan yan keçir. Halbuki, həmin layihələrin Hayastandan keçməsi ölkənin büdcəsinə külli miqdarda valyuta axınının olması demək idi.

Doğrudur, əngəzur dəhlizinin hələ də işə düşməməsi, Naxçıvan MR-lə birbaşa quru əlaqəmizin olmaması ölkəmizə müəyyən çətinlik törədir. Amma bundan rmənistan da ziyan çəkir. Əgər dəhliz açılsaydı, rmənistan da Azərbaycan ərazisi vasitəsilə İrana, oradan Yaxın Şərq ölkələrinə, həmçinin Ələt dəniz limanı vasitəsilə Mərkəzi Asiya ölkələrinə çıxış əldə edərdi. Nəticədə yükdaşımanın xərcləri və vaxt itkisi xeyli azalmış olardı.

Diplomat onu da bildirib ki, rmənistan özünü daha çoxqütblü dünyada tapıb. İkiqütblü dünya SSRİ və ABŞ 1991-ci ildə sona çatıb. akin bu gün Amerikanın üstünlüyü 90-cı illərin əvvəllərində olduğu kimi deyil. Dünya getdikcə çoxqütblü olur. Beləliklə, rmənistan özünü yeni geosiyasi reallıqda yerləşdirməlidir ki, bu da Çin, Hindistan, Fars körfəzi ölkələri kimi mühüm dövlətlərlə münasibətlərə üstünlük vermək deməkdir.

Sabiq səfirin dolayısı ilə rmənistan rəhbərliyini avantürüst siyasət yürütməkdən çəkindirməklə bağlı fikirləri də diqqətçəkəndir: rmənistan digərinə qarşı yönəlmiş xarici siyasət yürütməməli, hansısa ölkədən və ya ittifaqdan asılı olmaq tələsinə də düşməməlidir. İrəvan bunu özünə rəva görməməlidir. Adını çəkdiyim bütün ölkələrlə əlaqələri inkişaf etdirməli və sonra hər biri üçün ayrıca prioritetlər qoymalıdır. Şəxsən mən rmənistanın xarici siyasətində Rusiya ilə bütün əlaqələrini kəsib Qərbə üz tutacağında qazandığı “strateji dönüşə” inanmıram. rmənistanın təbii qazının, eləcə də “Metsamor” AS-in nüvə yanacağının 80 faizdən çoxu Rusiyadan idxal olunur. rmənistan Rusiyadan buğda alır. Ona görə də İrəvan Moskva ilə funksional işgüzar münasibətləri qoruyub saxlamağa laqeyd qala bilməz. Avropa İttifaqı, ABŞ, Rusiya, İran və Türkiyə ilə münasibətlər çox önəmlidir, lakin rmənistan üçün hər birinin öz əhəmiyyəti var. Bir daha deyirəm ki, rmənistan bütün yaxın qonşuları və mühüm xarici dövlətlərlə münasibət qurmamağa axıradək tab gətirə bilməz.

O, rmənistanın öz müdafiə potensialını inkişaf etdirməli olsa da, xarici düşmən axtaran, işğalçı ölkəyə çevrilməməli olduğunu vurğulayıb: “Bilirəm ki, məsələn, Hindistanla müdafiə sahəsində əlaqələr inkişaf etdirilir. Amma bütün bu silah sistemləri də bir-biri ilə uyğun olmalıdır və bunu ağıllı şəkildə etmək lazımdır. 00-ci ilin təcrübəsini və ötən il Qarabağda baş verənləri nəzərə alsaq, rmənistanın hərbi cilovlanması mexanizminin yaradılması əsas amildir”.

Sabiq diplomat deyib ki, rmənistan ən pis ssenariyə hazır olmalıdır. Amma bunu iqtisadiyyatını məhv etmədən etməlidir: “İqtisadiyyat hesabına lazımsız müdafiə qüvvələri toplanmamalıdır. Belə bir deyim var: “Özünə kömək edənə Allah da kömək edir”. Ermənistan da özünə kömək etməyi bacarmalıdır”.

Onu da qeyd edək ki, E.Cerecyan 2017-ci ildə verdiyi müsahibə zamanı demişdi ki, Ermənistanın illüziyaları olmamalıdır. Bildirmişdi ki, Azərbaycan zəngin ölkədir və İrəvanda qərar qəbul edənlər Bakının silah alışından çox narahat olmalıdırlar. Bu gün isə Cerecyan deyir ki, 2020-ci ildəki müharibənin qarşısını almaq olardı: “Mən bir neçə il əvvəl ABŞ-dəki çıxışımda demişdim ki, Azərbaycan öz hərbi gücünü artırmaq üçün maliyyə imkanlarına malikdir və növbəti müharibədə qalib gəlmək üçün daha yaxşı vəziyyətdədir. Müharibədən qaçmaq olardı. Əvvəlki Ermənistan administrasiyası kəmfürsətlik edib, sərt mövqedən danışıqlar aparmamalı idi. İndi bu mövqelər güclü deyil. 2023-cü ilin payızında baş verən hadisələrdən sonra Cənubi Qafqazda siyasi landşaft açıq şəkildə dəyişib”.

Cerecyanın sonda toxunduğu bir məqam daha aktualdır. Deyib ki, sülh və sabitlik üçün iki ölkənin qarşılıqlı olaraq tanınan sərhədləri olmalıdır. Əgər mübahisəli sərhədlər varsa, demək, hər an partlaya biləcək problem var. Biz bunu Kiprdə, Tayvanda, Kəşmirdə, Qərbi Səhrada görmüşük: “İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi və sülh danışıqlarının aparılmasının vaxtı çatıb ki, bunun nəticəsində iki ölkə arasında ədalətli sülh yaranacaq. Hazırda bunu etməyin tam vaxtıdır”.

Əlbəttə, çıxarış verdiyimiz müsahibədə xeyli rasional fikirlər var idi. Ancaq onun sonda dediyi fikirlər dünya görmüş sabiq səfirin erməni xalqının təmsilçilərinə ünvanladğı ən tutarlı ismarıc sayılmalıdır. Zənnimizcə, haylar bu ismarıcdan nəticə çıxarmalıdırlar.

Səxavət HƏMİD

XQ

 

 

Siyasət