Kamran Zeynalovun paralimpiya gümüşü

post-img

Paragüllə atıcımız Kamran Zeynalov Dünya Kubokunda bürünc medal qazanıb.

Azərbaycan Paralimpiya Komitəsindən verolən məlumata görə, Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) 215 xalla bürünc medal qazanıb.

Noyabr ayının 5-i yekun vurulacaq yarışda idmançımız 50 metr (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.

Xatırladaq ki, paralimpiyaçımız sentyabrın 30-dan oktyabrın 8-dək Xorvatiyanın Osijek şəhərində keçirilən son Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.

XQ

 

İdman