Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib

post-img

Biləsuvar Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. “Gömrük-biznes əməkdaşlığı: Problemlər, həllər və yeniliklər” mövzusunda reallaşan görüşdə gömrük sistemindəki yeniliklər, eyni zamanda ticarətin asanlaşdırılması və sürətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

“Poçt və ekspres daşımalar” gömrük postunda xarici ticarət iştirakçıları ilə təşkil edilən növbəti görüşdə isə “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nın və “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı və “Gömrük Məcəlləsində cari məsələnin tənzimlənməsi meyarları”na dair müzakirələr aparılıb.

Tədbirlərin yekununda təklif və rəylər dinlənilib, biznes subyektlərinin sualları ətraflı cavablandırılıb.

XQ



Sosial həyat