NATO ilə minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

post-img

Azərbaycan Respublikasının Minalartəmizləmə Agentliyi (ANAMA) və digər dövlət qurumlarının üzvlərindən ibarət nümayəndə heyəti NATO mənzil-qərargahına səfər edib.

XQ xəbər verir ki, görüşlər zamanı Azərbaycan və NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, bu sahədə beynəlxalq tərəfdaşların dəstəyinin əhəmiyyəti, "Sülh və Təhlükəsizlik naminə Elm" (SPS) proqramı çərçivəsində humanitar minatəmizləmədə innovativ metodlar üzrə həyata keçirilən cari layihənin gedişatı, eləcə də sözügedən proqram çərçivəsində minatəmizləmə sahəsində yeni nəsil yüksək texnologiyaların və innovativ metodların tətbiqi üzrə digər cari və gələcək layihələrə qoşulmaq, habelə Azərbaycanda SPS ilə birgə təlim və seminarların təşkili, Azərbaycan üzrə NATO Etimad Fondunun yaradılması kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşlərdə həmçinin ANAMA nümayəndə heyəti tərəfindən 2020-ci ilin noyabrından etibarən mina hadisələri nəticəsində 410 azərbaycanlının həlak olduğu və ya yaralandığı, minaların keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına və həmin ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılmasına ciddi maneələr yaratdığı, eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadları ilə bağlı geniş məlumat verilib.

Bundan əlavə, ANAMA-nın mina probleminin həllində istifadə etdiyi qabaqcıl texnologiyalar, xüsusilə də mexaniki minatəmizləmə vasitələri və sahədə tətbiq olunan yeni yanaşmalar haqqında bəhs olunub.







Sosial həyat