Özbəkistan Prezidenti Səmərqəndə səfəri çərçivəsində İmam Buxari mavzeleyində olub

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev UNESCO Baş Konfransının 43-cü sessiyasının açılış mərasimində iştirakı çərçivəsində əvvəl Səmərqənddəki İmam Buxari mavzeleyini ziyarət edib, Qurandan surələr və dualar oxunub. 

Prezidentin təşəbbüsü ilə kompleks İslam dünyasında xüsusi yer tutan görkəmli hədis toplayan alimin yüksək mənəvi nüfuzuna və böyük elmi irsinə uyğun olaraq yenidən qurulub, zəvvarlar üçün lazımi şərait yaradılıb.

Kompleksin ərazisi genişləndirilib və hazırda 44 hektarı əhatə edir.

Məqbərə, 10 min nəfərlik məscid, inzibati bina, muzey, giriş-çıxış eyvanları tikilib. 75 metr hündürlüyündə dörd minarə kompleksə əzəmətli bir görünüş verir.

Yeni kompleksdə İslam dünyasında "Mühəddis Sultanı" kimi tanınan İmam Buxarinin həyatını və elmi irsini, eləcə də İslam irsinin inkişafındakı töhfələrini əks etdirən muzey yerləşir.

Muzeydə Məhəmməd Peyğəmbərin şəcərəsi, Məkkə və Mədinədə həyatı və hədislərin toplanması prosesi, həmçinin Quranda adı çəkilən 25 peyğəmbər haqqında  məlumatlar təqdim olunur.  

Deyilib kiu, ziyarətgahın ətrafında otellərin və xidmət obyektlərinin tikintisi başa çatmaq üzrədir. Burada bir dördulduzlu, iki üçulduzlu və 22 ailəvi otel olacaq.

Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Səmərqənd





Mədəniyyət