Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir

post-img

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır... şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan əra­zisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarət­dir ki, dünya ictimaiyyəti də bunu bil­sin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Xalqımız əsrlər boyu tarixi torpaqların­da yaşamaq, öz hüquqlarını qorumaq üçün böyük fədakarlıq göstərsə də, müxtəlif döv­rlərdə amansız sınaqlara, yurd itkisinə mə­ruz qalmışdır. XX əsrin sonu – XXI əsrin əvvəllərində qonşuluğa və bəşəri normalara zidd olaraq Ermənistan düşmən qüvvələrin himayəsi altında Azərbaycan torpaqlarının 20 faizini ələ keçirmiş və 30 il işğal altında saxlamışdır. 

Erməni millətçilərinin Azərbaycana qarşı tarixi düşmənçiliyi və xəyanətləri son 2 əsr­də – Rusiya imperiyası Şimali Azərbaycanı işğal edib erməniləri müxtəlif bölgələrimiz­də məskunlaşdırandan və bolşeviklər Qərbi Azərbaycanda Ermənistan adlı dövlət yara­dandan sonra davamlı terror, deportasiya və soyqırımı siyasəti ilə sistemli prosesə çev­rilmişdir. Hələ I Pyotr dövründən başlayan Cənubi Qafqaza ermənilərin kütləvi şəkildə köçürülmə siyasəti XIX əsrdə Türkmənçay müqaviləsindən sonra daha geniş xarakter daşımışdır.

Gəlmə xalq olan ermənilər Qafqaza, xü­susən Azərbaycan torpaqlarına Qacarlar İra­nından və Osmanlı imperiyasından davamlı və kütləvi şəkildə miqrasiya etmişlər. Onlar bu regionda məskunlaşandan sonra qonşu xalqlara qarşı ərazi iddiaları ilə çıxış etməyə başlamışlar. Bu iddiaların əsas hədəfi “Də­nizdən-dənizə Böyük Ermənistan” xülyası­nı gerçəkləşdirmək olmuşdur. İlk növbədə, Azərbaycan və Türkiyəyə, eləcə də Gürcüs­tana və hətta Rusiyaya qarşı ərazi iddiaları irəli sürülmüşdür. 

Ermənilərin İrandan Qərbi Azərbay­cana və Qarabağ ərazisinə köçürülməsinə rəhbərlik etmiş A.Qriboyedov yazmışdır: “Ermənilər gətirilib müsəlman mülkədar­ların torpaqlarında yerləşdirilmişlər... Biz müsəlmanları necə inandıracağımız barədə çox düşünürdük. Onları indiki sıxıntılarla (çətinliklərlə) necə barışdıraq və inandıraq ki, bu, uzunmüddətli olmayacaq. Bununla ermənilərin ilk dəfə buraxıldıqları torpaqları həmişəlik zəbt edəcəkləri barədə müsəlman­ların qorxusunu aradan qaldıraq”. 

Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbay­cana xüsusi məqsədlə - onlara burada “yeni vətən” yaratmaq üçün köçürülmüşlər. Rus müəllifi M.Vladikin ermənilərin köçürülmə­si barədə yazmışdır: “İrəvan quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1812–1829-cu illərdə baş vermiş müharibələrdən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”. Belə tarixi faktlar erməni və rus mənbələrində öz əksini tam ay­dın şəkildə tapmışdır. 

Rusiya tarixçi-etnoqrafı N.Şavrov isə həqiqəti belə etiraf etmişdir: “XX əsrin əv­vəllərində Zaqafqaziyada məskunlaşan 1 mil­yon 300 min nəfər erməninin 1 milyonundan çoxu ərazinin yerli sakinləri olmayıb, bizim tərəfimizdən məskunlaşdırılmışdır”. 

Tanınmış gürcü ziyalısı İlya Çavçavadze 1902-ci ildə nəşr etdirdiyi “Erməni alimləri və ağlayan daşlar” əsərində XIX əsrdə er­məni yalanlarının bütün Rusiya, Avropa və Qafqazda ayaq tutub yeriməsindən, onların heç bir əsası olmayan “Böyük Ermənistan” iddialarını alt-üst etmişdir. İ.Çavcavadze tarixı həqiqətə üz tutaraq göstərmişdir ki, ermənilər aborigen albanları süni şəkildə qriqorianlaşdıraraq vaxtilə sığındıqları Azər­baycan torpaqlarını “Hay ölkəsi” adlandırır­lar. Bu faktlar bir daha təsdiq edir ki, Qərbi Azərbaycan tarixi türk torpaqları, avtoxton sakinləri Azərbaycan türkləri olmuş, ermə­nilər isə digər ölkələrdən bu ərazilərə mər­hələli şəkildə köçürülmüşlər.

Sovet Rusiyası da ermənilərin rəğbətini qazanmaq üçün avantürist addımlar atmışdır. Rusiya Xalq Komissarları Soveti 1917-ci ilin dekabrında “Türkiyə Ermənistanı” haqqında dekret vermişdir. Bolşeviklər 1920-ci ilin 28 aprelində Azərbaycanı işğal edəndən 7 ay sonra “erməni daşnak respublikasını” so­vetləşdirməklə Rusiyanın tarixi Azərbaycan torpağında Ermənistan dövləti qurması plan­larını tamamlamışlar. Az sonra bolşeviklər tarixi Zəngəzurun qərb hissəsini də ermə­nilərə bağışlamışlar. 1923-cü ildə isə Moskva coğrafi vahid olan Qarabağı iki yerə ayırıb onun dağlıq hissəsində erməni muxtariyyət yaratmışlar. 

Xalqların qardaşlıq ailəsi elan edil­miş keçmiş SSRİ zamanında –1961-ci ildə B.Nalbandyanın İrəvanda “Tbilisi qədim və orta əsrlərin ədəbi mənbələrində” adlı əsəri dərc edilmiş və burada Gürcüstanın paytaxtı qədim erməni şəhəri kimi təqdim olunmuş­dur. Belə yalanlarla ermənilər Azərbaycan torpaqlarını “Şərqi Ermənistan” kimi qələmə verərək həmin əraziləri mənimsəmək fikrinə düşmüşlər. Bu məqsədlə mənfur qonşuları­mız azərbaycanlıları mərhələli şəkildə tarixi torpaqlarından didərgin salmış, onları kütlə­vi qətl və qırğınlara düçar etmiş, xalqımıza məxsus tarixi-mədəni abidə və yaşayış məs­kənlərini tamamilə dağıtmışlar. 

Əzəli türk yurdu sayılan Qərbi Azər­baycanda azərbaycanlılar 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi torpaqlarından deportasiya olunmuşlar. 1988-ci ildə keçmiş ŞSRİ-nin süqutu ərəfə­sində erməni millətçi separatizmi yaranmış dağıdıcı proseslərdən istifadə edərək, bey­nəlxalq hüquq, norma və prinsiplərə zidd olaraq uzun müddətdən bəri planlaşdırdıqları məkrli siyasəti gerçəkləşdirməyə başlamışlar. İlk növbədə, soydaşlarımızın 250 min nəfər­lik son nəsilləri də ağlasığmaz işgəncələrlə Qərbi Azərbaycandan qovuldu və soyqırımı­na məruz qalmışdır. Bundan sonra Qarabağ işğal edilmiş və 750 min insan öz vətənində məcburi köçkünə çevrimişdir. 

Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırımı­na məruz qalmışdır. 1991-ci ilə kimi Qərbi Azərbaycanda ərazi toponimlərinin 90 faizin­dən çoxunu türk mənşəli adlar təşkil etmişdir. XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi ərazidə olan türk mənşəli oykonim­lərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək erməniləşdirilmişdir. Rusiya imperiyasının erməniləri İrandan, Türkiyə­dən Şimali Azərbaycanın qərb bölgələrinə və Qarabağa köçürmə siyasəti azərbaycanlıların öz əzəli torpaqlarından sıxışdırıb çıxarmaq məqsədi güdmüş və “erməni dövləti”nin ya­radılmasına hazırlıq olmuşdur. 

İlk mənbələr, o cümlədən arxiv sənədləri sübut edir ki, indiki Ermənistanda azərbay­canlılara məxsus yaşayış məntəqələrinin ad­larının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan dər­hal sonra Ermənistan Respublikası hökumə­tinin qərarı ilə başlanılmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı ya­şayış məntəqəsinin adı dəyişdirilmişdir. Son­rakı dövrlərdə azərbaycanlılara məxsus tarixi adların dəyişdirilməsi prosesi daha da sürət­ləndirilərək kütləvi miqyas almış və 1991-ci ildə müstəqil Ermənistan Respublikası yara­dıldıqdan sonra əsasən başa çatmışdır.

Xalqımıza qarşı edilən bu tarixi xəyanət­karlıq haqqında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdud­laşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azər­baycanlıların yaşadıqları ərazi çox böyük ol­muşdur. İndiki Ermənistan, əslində, Azərbay­canın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq”. 

2020-ci ildə Azərbaycan Prezidentinin si­yasi iradəsi, diplomatik gücü və hərbi sərkər­dəlik bacarığı nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız tariximizə ən böyük qəhrəmanlıq salnaməsini həkk etmiş­dir. Azərbaycan dövlətinin və xalqının qüdrə­tini, sarsılmaz iradəsini, ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möh­təşəm qələbə yeni reallıqlar yaratmışdır. 

Qarabağın azadlığı uğrunda vətən mü­haribəsi xalqımızın tarixi zəfəri ilə başa çatandan 8 ay sonra Azərbaycan və Tür­kiyə prezidentləti İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanla imzaladıqları 2021-ci il tarixli Şuşa Bəyannaməsi tarixi siyasi əhə­miyyətli hadisə olmaqla böyük rəmzi məna daşıyır. Azərbaycan lideri tarixi mərasimdə bu məsələyə toxunaraq qeyd etmişdir: “Ta­rixi Qars müqaviləsi düz yüz il əvvəl imza­lanıb. Bu da böyük rəmzi məna daşıyır. 100 ildən sonra azad edilmiş Şuşa şəhərində müt­təfiqlik haqqında imzalanmış birgə bəyan­namə bizim gələcək işbirliyimizin istiqamə­tini göstərir

Bu tarixi sənəd iki qardaş ölkənin ümu­mi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artırmağa xidmət edir. 

Sevindirici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaq­görən və uğurlu siyasəti sayəsində Azər­baycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmiş, azər­baycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqları­nın müdafiəsi beynəlxalq səviyyəyə çıxarıl­mışdır. Dövlət başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nü­fuzlu beynəlxalq kürsülərdən bəyan etmişdir. 

Azərbaycanın ağrılı problemlərindən olan Qarabağ məsələsi ötən ilin payızında qəti olaraq həll ediləndən sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycan torpaqlarının həqiqi sahiblərinə geri qaytarılması, vaxtilə bu torpaqlarda yaşamış Azərbaycan əhalisinin hüquqlarının bərpa olunmasıdır. Ölkə rəhbə­rinin də qeyd etdiyi kimi: “Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbay­candan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir”. 

Ümummilli lider Heydər Əliyev də Azər­baycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizəni özünün fəaliyyətinin əsas məqsədi kimi daim səsləndirmişdir. İti­rilən torpaqların geri qaytarılmasının zərurili­yi ilə bağlı Ulu öndər Heydər Əliyev demiş­dir: “Mən belə hesab edirəm ki, əldən gedən torpaqlar nə vaxtsa qaytarılmalıdır. Xalqımız da bilməlidir ki, bizim tarixi torpaqlarımız hansılar olubdur, hansılar nə vaxtsa əlimiz­dən gedibdir, nəyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qaytarılmalıdır. Biz də qaytara bilməsək, gələcək nəsillər qayta­racaqdır”. 

Ümummilli lider Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqın­da” 18 dekabr 1997-ci il tarixli fərmanı bö­yük elmi-siyasi və tarixi əhəmiyyətə malik bir sənəddir. Burada haqlı olaraq qeyd edilir ki, keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 745 nömrəli qərarları Azər­baycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Təkcə bu cinayət aktlarının həyata keçirilməsi nəticəsində 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermə­nistan ərazisindən kütləvi şəkildə və zorakı­lıqla sürgün edilmişdir. 

Prezident İlham Əliyev bu tarixi zorakı­lığı kəskin ittiham etmişdir: “Tarixi Azərbay­can torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziy­yətin zorla dəyişdirilməsi 1905, 1918-ci illər­də Azərbaycanlı əhalisini qorxutmaq və qov­maq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə Azərbay­canlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı er­məni təcavüzünün qanlı səhifələridir”.

Xalqımız bu gün Zəngəzura, İrəvana və digər əzəli Azərbaycan torpaqlarına getmək kimi tarixi hüququmuzu beynəlxalq birlik qarşısında qaldırır. Zorla didərgin salınmış də­də-baba yurdlarına geri qayıtmaq hər bir soy­daşımızın haqqıdır. Qərbi Azərbaycan İcması­nın üzvləri ilə görüşdə Prezident İlham Əliyev onların əzəli torpaqlarına qayıtmalı olduqları­nı qətiyyətlə söyləmişdir: “Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mö­təbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azər­baycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır”. 

Qərbi azərbaycanlıların öz doğma yurd­larına qayıdışı tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün artıq bu istiqamətdə hərtərəfli işlərə baş­lanılıb. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın qüdrəti, apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbay­canlıların da öz doğma torpaqlarına qayıda­cağı günün uzaq olmadığına tam əmindir.

İradə HÜSEYNOVA,
BDU-nun kafedra müdiri, professor, Əməkdar müəllim



Siyasət