Başabəla Ermənistan, Botsvana, Kot-di Vuar və Kosta-Rika…

post-img

Böyük Britaniya hökuməti bu ölkələrin miqrantlarını qovur 

Bu sərlövhəni Marianna Mkrtçyan adlı müəllifin aprelin 15-də “Armİnfo” xəbər portalında verilmiş yazısından (https://arminfo.info/full_news.php?id=83090&lang=2) götürdük. Müəllif yazır ki, London və İrəvan Böyük Britaniyadakı qeyri-leqal mühacirlərin geri qaytarılması barədə danışıqlara başlayıblar. Fikrimizcə, burada qeyri-adi heç nə yoxdur. İnkişaf etmiş ölkənin öz ərazisini qeyri-qanuni gəlmələrdən təmizləməsi başadüşüləndir. 

Ancaq burada başa düşülməyən başqa bir məqam var. Yəni, nə üçün ABŞ-dən, Rusiyadan, Ukraynadan (indi onlar daha çoxdur) və ya Türkiyə­dən gələnləri deyil, məhz Ermənistan, Botsvana, Kot-di Vuar və Kosta-Rikadan gələnlər qovulur? Cavab aydındır. Bu fakt Avropada həmin ölkələrə olan müna­sibətin, orada yaşayan xalqların mədəni səviyyəsinin göstəricisidir. 

“The Times” qəzeti Böyük Britaniya­nın Daxili İşlər Nazirliyinə istinadən yazır ki, bir müddət əvvəl Ruanda ilə də bu məzmunlu danışıqlar aparılmışdır. Qəzet əlavə edir ki, Böyük Britaniya rəhbərliyi ilyarımdır həmin miqrantları göndərməyə ölkə axtarır. Ancaq heç bir dövlət onları qəbul etmək istəmir ( ermənini kim qəbul edəcək? Biz onları qəbul edəndən sonra başımıza nələrin gəldiyini bütün dünya görmədimi? ). Ona görə də bu məsələ­nin həlli yolunu hər xalqın təmsilçisini öz ölkəsinə göndərməkdə görürlər. Əcaib fakt odur ki, öz ölkələri də onlar qəbul et­mək istəmir. 

Beləliklə, çıxış yolunu ölkələrarası danışıqlara başlamaqda görürlər. Bu məqamda Marianna Mkrtçyan heç nə əlavə etməsə də, biz xatırladaq ki, Er­mənistanla aparılan danışıqların və əldə edilən razılaşmaların əhəmiyyəti yoxdur. Çünki İrəvan rəhbərliyi hansısa razı­laşmaya, imzalanan sənədə və ya bey­nəlxalq hüququn norma və prinsiplərinə əməl etmək qabiliyyətində deyil. Üzləş­dikləri bütün məhrumiyyətlər də məhz həmin qabiliyyətsizlikləri üzündəndir. 

İttifaq MİRZƏBƏYLİ

Siyasət