ƏHDİMİZ ƏDALƏT, HÜQUQ, DEMOKRATİYADIR

post-img

Əziz həmvətənlər!

Dəyərli seçicilər!

Azərbaycan Respublikasının Prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Müzəffər oğlu Həsənquliyevin “Böyük dəyişikliklər” adlanan seçki platformasının din və vicdan azadlığı, iqtisadiyyat və sosial si­yasət, ekologiya, beynəlxalq əlaqələr və xarici siyasətlə bağlı hissəsini müzakirənizə təqdim edirik:

Din və vicdan azadlığı sahəsində:

- Din və vicdan azadlığının tam təmin olunması, dini icmaların özlərinə lider seç­mək hüququnun tanınması, onların qanun­la qadağan olunmayan fəaliyyətinə dövlətin müdaxiləsinə yol verilməməsi.

– Dinin siyasiləşdirilməsinin qarşısının alınması, dini fanatizmə və ekstremizmə qar­şı mübarizənin və dini maarifçiliyin güclən­dirilməsi, cəmiyyətdə sosial ədalətin təmin edilməsi.

– Bütün dövlət idarə, müəssisə və təşki­latlarında dini fəaliyyətin qadağan olunması;

– Ailə, milli-mənəvi və dini dəyərlərin qo­runması istiqamətində kompleks qərarların qəbulu.

İqtisadiyyat və sosial siyasət sahəsində:

– Ciddi iqtisadi islahatların həyata keçiril­məsi, bu məqsədlə xaricdən yüksək ixtisaslı məsləhətçilərin dəvət olunması;

– Dövlətin nəzarət etdiyi iqtisadiyyatdan azad bazar iqtisadiyyatı modelinə keçidin tə­min edilməsi;

– Dövlətin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına yol verilməməsi, iqtisadiyyatda yal­nız tənzimləyici rol oynaması;

– Sahibkarlığın inkişafına daha əlverişli şəraitin yaradılması, sahibkarlıq fəaliyyətinə əsassız, kənar müdaxilələrin tamamilə ara­dan qaldırılması, sahibkarların hüquqlarının qorunması;

– Xidmət sahələrinin, “Azərsu”, “Azəristi­lik”, “Azərişıq” və “Azərqaz” səhmdar cəmiy­yətlərinin bu sahədə böyük təcrübəyə malik özəl şirkətlərə uzunmüddətli idarəetməyə ve­rilməsi, yaxud özəlləşdirilməsi

– Dövlət müəssiələrinin özəlləşdirilməsi və ya uzunmüddətli idarəçiliyə verilməsi, in­hisarçılığa son qoyulması

– 2027-ci ildən başlayaraq hər il Bakı şəhərində 10 yeni metro stansiyasının istifa­dəyə verilməsi, Bakı kəndlərinə, hava limanı­na və Sumqayıt şəhərinə tramvay xətlərinin çəkilməsi, bu məqsədlə xarici investorlarla danışıqlara başlanılması;

– Bakı-Tbilisi-Ankara-İstanbul sürət qa­tarının tikintisi üçün Türkiyə ilə (maglev) də­miryol xəttinin çəkilməsinə dair danışıqlara başlanılması;

– Bütün qeydiyyatsız evlərin bir il ərzində sənədləşdirilməsi. Təhlükəli ərazilərdə yer­ləşən evlər üçün dövlət tərəfindən kompen­sasiya ödənilməsi;

– Kənd təsərrüfatının inkişafına dövlət yardımının genişləndirilməsi, bu istiqamətdə şəffaflığın təmin edilməsi;

– Mülkiyyətin toxunulmazlığının təmin olunması;

– İqtisadiyyatın və dövlət büdcəsinin gəlir­lərinin neft amilindən asılılığının azaldılması üçün məqsədyönlü proqramların qəbul edil­məsi;

– Tədricən sərbəst (üzən) məzənnəyə ke­çilməsi, xarici bankların Azərbaycana dəvət olunması;

– Azərbaycanın bütün rayon və kəndlə­rinə təbii qaz verilməsinin təmin edilməsi;

– Dövlət Neft Fondunun (NF) fəaliyyətində şəffaflığın və fondun vəsaitlərindən səmərəli istifadənin təmin olunması;

– NF-nin Müşahidə Şurasının tərkibinin yarısının parlamentdə təmsil olunan müxa­lifət partiyalarının təqdim etdiyi şəxslərdən təşkil olunması;

– Ölkənin daxili siyasətinə xarici təsirlərin qarşısının alınması üçün, həmçinin inhisar­çılığa yol verməmək məqsədilə Dövlət Neft Şirkətinin və AZAL-ın ən azı 3 hissəyə bö­lünərək özəlləşdirilməsi;

– Sahibkarlarla məmurların təmasını mi­numuma endirmək üçün elektron əlaqə siste­minin inkişaf etdirilməsi;

– Xarici investisiyaların qeyri-neft sektoru­na cəlb olunması;

– Gəlirlərin leqallaşdırılması barədə qanu­nun qəbul olunması;

– Kölgə iqtisadiyyatına son qoymaq məqsədilə hər bir vətəndaşa qanunun qüv-vəyə minməsindən keçən 6 ay ərzində öz gəlirlərinin və əmlaklarının mənşəyini göstər­mədən onların məbləği barədə müvafiq döv­lət qurumlarına məlumat vermək hüququnun tanınması;

– Əmlakı və gəlirləri barədə hesabat ver­məyən vətəndaşların qanunla məsuliyyətə cəlb olunması;

– Kənd rayonlarında istehsal və emal müəssisələrinə yatırılan investisiya geri gö­türülənədək həmin müəssiələrin vergilərdən tam azad edilməsi, növbəti 5 ildə isə 50%-dək vergi güzəştlərinin tətbiq olunması;

– Turizmin inkişafına dair proqramların həyata keçirilməsi;

– Ölkənin ərzaq təhlükəsizliyi üçün yerli istehsalın stimullaşdırılması, xaricdən idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi

– Daxili bazarın və milli istehsalçıların mə­nafelərinin qorunması

– Korrupsiya və rüşvətxorluğa qarşı ciddi və sistemli mübarizənin aparılması

– Vergi intizamının gücləndirilməsi;

– Kiçik sahibkarlar üçün 5 % gəlir vergisi­nin nəzərdə tutulması;

– Dövlət qulluqçularının əmək haqlarının onların layiqli həyatını təmin edə biləcək sə­viyyəyə çatdırılması;

– Pensiyaların minimum həddinin orta ay­lıq əmək haqqının 80%-nə çatdırılması;

– Qadınlar üçün pensiya yaşının 59-a, ki­şilər üçün 61-ə endirilməsi

– Pensiya yaşına çatmış şəxslər vəfat etdikdə onların pensiya fondunda toplanmış vəsaitlərinin varislərinə verilməsi;

– Əhalinin mənzil probleminin həlli üçün dövlət səviyyəsində proqramların həyata ke­çirilməsi;

– İpoteka kreditləşməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin artırılması;

– Sosial müdafiəyə ehtiyacı olan müxtə­lif təbəqələrə (qaçqın və köçkünlərə, evsiz insanlara, əlillərə, kimsəsiz uşaqlara və s.) dövlət qayğısının artırılması, uşaqlara “uşaq­pulu” adlanan müavinətlərin verilməsi;

– Əhalinin qaz, su və elektrik enerjisi ilə normal qaydada təmin edilməsi və onların qiymətlərinin əhalinin alıcılıq qabiliyyətinə uyğunlaşdırılması;

– 15 yaşınadək uşaqlar üçün geyim əş­yalarının və digər ləvazimatların, o cümlədən uşaq qidalarının vergidən və gömrük rüsu­mundan azad edilməsi, bu tip məhsulları is­tehsal edən müəssisələrə vergi güzəştlərinin müəyyən olunması.

Ekologiya sahəsində:

– Ekologiya və ətraf mühitin qorunmasıyla bağlı xüsusi dövlət proqramının qəbul edil­məsi və həyata keçirilməsi

– Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandı­rılması üçün bütün diplomatik vasitələrdən istifadə edilməsi;

– Bakı şəhərində standartlara uyğun gəl­məyən yaşayış məskənlərinin sakinlərinin elan olunmuş müsabiqədə qalib gələn şirkət­lər tərəfindən mənzillərlə təmin olunması, həmin ərazilərdə yaşayiş evlərinin, parkların, istirahət guşələrinin və yaşıllıq zolaqlarının salınması, sadalanan işləri həyata keçirən şirkətlərə güzəştli kreditlərin verilməsi;

– Ölkənin müxtəlif bölgələrində məhv edil­miş meşələrin və yaşıllıq zolaqlarının bərpa edilməsi və yenilərinin salınması;

– Dövlət Neft Şirkətinə məxsus olan istis­marı dayandırımış neft quyularının yerləşdiyi ərazilərin təmizlənməsi və abadlaşdırılması;

– Neftayırma zavodunun, ətraf mühiti zəhərləyən digər müəssisələrin Bakı şəhəri­nin mərkəzindən kənara çıxarılması.

Beynəlxalq əlaqələr və xarici siyasət sahəsində:

– Azərbaycanın qonşu və region dövlətləri ilə bərabərhüquqlu münasibətlərinin qorun­ması və inkişaf etdirilməsi;

– Qərbin siyasi dəyərlərinin və hüquq sis­teminin mənimsənilməsinin təmin edilməsi;

– Beynəlxalq (Ümumdünya Ticarət Təş­kilatı) və regional iqtisadi təşkilatlara üzv ol­maq;

– Avropa İttifaqı modelində Türk-Slavyan Respublikaları İttifaqı ideyasının genişləndi­rilməsi, bu ittifaqa keçmiş sovet respublikala­rının və İranın daxil olmasının mümkünlüyü­nün təbliği;

– Azərbaycan Respublikasının Rusiya Federasiyası, eləcə də Rusiyanın sərhədya­nı subyektləri, o cümlədən türk respublikala­rı ilə birbaşa əlaqələrinin inkişaf etdirilməsi, bu respublikalarda yaşayan xalqlarla dostluq münasibətlərinin qorunub saxlanılması və in­kişaf etdirilməsi

– Azərbaycandan kənarda yaşayan vətən­daşlarımızın haqlarının beynəlxalq hüquq normaları çərçivəsində qorunmasının təmin edilməsi

– İranla münasibətlərdə Cənubi Azərbay­canda yaşayan soydaşlarımızın öz dillərində yazıb-oxumaq və mədəniyyətlərini inkişaf et­dirmək hüququnun daim gündəmdə saxlanıl­ması;

– Azərbaycanın Türkiyə və digər türk döv­lətləri, eləcə də türk toplum və qurumları ilə siyasi, hərbi, elmi, mədəni, iqtisadi əlaqələri­nin genişləndirilməsi;

– Türkiyə ilə ümumi bazara keçidlə bağlı danışıqlara başlanılması;

– Təhlükəsizlik sahəsində Türkiyə, Ru­siya, İsrail, Pakistan və region ölkələri ilə əməkdaşlığın genişləndirilməsi.

 

Prezidentliyə namizədin ödənişsiz təşviqat materialı

Siyasət