BBC Ruben Vardanyanın “xeyriyyəçi” obrazını alt-üst etdi

post-img

Qlobal fırıldaqçı Ruben Vardanyan yenə gündəmə gəlib. Bu dəfə “xeyriyyəçi” dələduzu nüfuzlu BBC xatırlayıb. Britaniya Yayım Korporasiyası yayımladığı geniş araşdırma materialında Ruben Vardanyan obrazını ifşa edib, onu, sö­zün əsl mənasında, yerdən yerə çırpıb. “Konformist milyarderdən əlverişsiz siyasətçiyə qədər. Ruben Vardanyan necə Azərbaycanda həbsxanaya düş­dü?” başlıqlı materialda BBC oxucularının diqqətinə çatdırıb ki, R.Vardan­yanın “xeyriyyəçi” və “uzaqgörən” obrazının arxasında hiyləgər bir adam gizlənir. Nəhayət, Qərb mətbuatı da Azərbaycanın R.Vardanyan barədə uzun müddətdir ki, geniş ictimaiyyətin diqqətinə çatdırdığı təkzibolunmaz faktları qəbul etdi.

Erməni əsilli Rusiyanın sabiq vətən­daşı, milyarder Ruben Vardanyan barədə kifayət qədər material yayım­lanıb. Şimal qonşumuzun pasportun­dan imtina edərək, Qarabağ ərazisinə köçmüşdü. Pul dəllalı bu yerdəyişməni, guya, xalqının “iztirablarını” yüngülləş­dirmək üçün atdığını bildirmişdi. Qara­bağdakı “soydaşlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması” məqsə­di ilə, hətta, “artsax inkişaf və təhlükə­sizlik fondu”nu da yaratmışdı. “Xeyriy­yəçi” libasını geyinməklə R.Vardanyan daha böyük məqsədlər arxasınca gəl­diyini sonradan büruzə verməyə baş­lamışdı. Elə ilk günlərdən bilinirdi ki, 90-cı illərin qaranlıq küçələrinin “övla­dı” bəzi dairələrin geosiyasi layihəsi­dir və xeyirxahlıq obrazına girməsi də məhz buna hesablanmışdı. BBC yazır ki, R.Vardanyan 2022-ci ildə hamını təəccübləndirdi, Moskvadakı sakit hə­yatından ayrıldı, Rusiya pasportunu təhvil verdi və Qarabağa getdi. Orada “dövlət naziri” postunu tutdu. Sonrakı proses də hamıya məlumdur. Azər­baycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsin­də erməni separatizmi tarixin zibilliyinə atıldı və R.Vardanyan regionu tərk et­mək istəyərkən sərhədçilərimiz tərəfin­dən yaxalandı. İndi erməni “xeyriyyəçi” Bakı həbsxanasında digər erməni se­paratçıları ilə Azərbaycan çayı içir. 

Əlbəttə, Ruben Vardanyan və onun siyasətdəki və kriminal aləmdəki yük­sək rütbəli himayədarları Qarabağda ciddi problemlər yaratmağa ümid edir­dilər. Yəni, Azərbaycanın başladığı in­teqrasiya prosesləri Ruben Vardanyan və onun himayədarlarının planlarını pozurdu. Erməni milyarder və onun himayədarları uzun müddət idi ki, kül­li miqdarda pulların yuyulması, köçü­rülməsi və leqallaşdırılması ilə bağlı maxinasiyalar həyata keçirən maliyyə fırıldaqçıları kimi tanınırlar. BBC-nin hazırladığı məqalədə də R.Vardan­yanın “Troyka Dialoq” və bütöv ofşor şirkətlər sisteminin fırıldaqları təqdim edilir, onların vasitəsilə nüfuzlu adların pullarının gizli şəkildə xaricə ötürül­düyünə ehyam vurulur. Xatırladaq ki, 2019-cu ildə R.Vardanyan 2012-ci ilə qədər rəhbərlik etdiyi “Troyka Dialoq Bank”la əlaqəli ofşor sxemlər vasitə­silə vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunub. OCC­RP-nin araşdırmasına görə, o və tərəf­daşları müxtəlif ölkələrdə gizli şirkət­lərdən və hesablardan istifadə edərək vergi orqanlarından təxminən 8,8 mil­yard dollar gizlədiblər. 

BBC yazır ki, hələ 2020-ci ildə ru­siyalı müxalifətçi Aleksey Navalnının bir sıra şübhəli maliyyə əməliyatları­nın aparıldığı ofşorun tamamilə Ruben Vardanyana məxsus olduğunu bildir­mişdi. A.Navalnının araşdırmalarına görə, ofşorda izi itirmək üçün R.Var­danyan həmin əmlaka 3 milyard rubl ödəmişdi. Bundan başqa, BBC əlavə edir ki, Qarabağa köçən Ruben Var­danyan Rusiyadakı bütün var-dövlətini ailəsinin nəzarətinə vermişdi. 2022-ci ilin oktyabrında, Vardanyan Rusiyanı tərk etdikdən dərhal sonra Zonabend Vardanyanın əvvəllər səhmlərinə sa­hib olduğu bir neçə kiçik şirkətin or­taq sahibi oldu. Məsələn, 2022-ci ilin oktyabrında R.Vardanyan Qarabağa köçdükdən sonra “Mediakrat” reklam agentliyini alıb. Ancaq artıq 2023-cü ildə agentlikdəki pay Emilia Zonaben­də keçdi (soyadına görə, bu milyarde­rin həyat yoldaşının qohumudur-BBC).

Britaniya Yayım Korporasiyası materialında R.Vardanyanın digər qa­ranlıq işlərinə işıq salıb: “Vardanyan hazırda Rusiya ordusu üçün yük ma­şınları və zirehli maşınlar istehsal edən KAMAZ şirkəti ilə bağlıdır. 2021-ci ilə qədər KAMAZ-ın 24 faizi “Avtoinvest” şirkətinə məxsus idi və Vardanyan hələ də etimadı ilə bu şirkətin ortaq sahibi­dir. O, həm də KAMAZ-ın İdarə Heyə­tindədir”. “Transparency International” təşkilatınadan İlya Şumanov BBC-ə bildirib ki, o, pul çıxarmaqla məşğul olan və korrupsionerlərlə ortaqlıq edən bir şəxs kimi yox, xeyriyyəçi kimi gö­rünməyə çalışır. Buna görə də, BBC yazır ki, R.Vardanyan Qarabağa get­mək qərarına gələndə onun səmimili­yinə heç də hamı inanmadı. 

BBC-nin materialında da bu fı­rıldaqları xatırlanır: “Araşdırmadan məlum oldu ki, “Troyka Dialoq” bütöv ofşor şirkətlər sistemi yaradıb. Onların vasitəsilə nüfuzlu şəxslərin pulları gizli şəkildə xaricə ötürülürdü: bu şəxslər­dən biri jurnalistlər Vladimir Putinin dostu, musiqiçi Sergey Rolduqinin adı­nı çəkiblər. Uzun illərdir ki, müstəntiqlər violonçel ifaçısı prezidentin “pul kisəsi” adlandırırlar”. Britaniya Yayım Korpo­rasiyası R.Vardanyanın araşdırmalara verdiyi cavabı dərc edib. Erməni əsilli milyarder “etiraf” edib ki, guya, fırıl­daqlara məcburiyyətdən gedib, Rusiya elitasının tələblərinə boyun əyməkdən başqa çarəsi olmayıb. BBC daha ifşae­dici məqamlara toxunmayıb. Məsələn, fırıldaqçı “xeyriyyəçi”nin fəaliyyətinin bir hissəsi vaxtı ilə Azərbaycan ərazi­sində çirkli pulların yumaqdan, narko­tik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə məşğul olmaqdan ibarət olmuşdu. Bundan başqa, R.Vardanyan Qarabağın təbii sərvətlərinin oğurlan­masında və daşınmasında da iştirak etmişdi. Erməni milyarderin adı ortağı sayılan Livan əsilli, həm Kanada, həm də ABŞ vətəndaşı, milyarder Noubar Afoyan ilə birlikdə qara işlərdə hallanır­dı. Yaxın Şərq regionunda silah alverçi­si kimi tanınan bu cütlük Azərbaycanın ərazilərinin qanunsuz məskunlaşma­sında da fəal iştirak etmişdilər. BBC R.Vardanyanın Rusiyanın Meduza saytına 2019-cu ildəki müsahibəsini xatırladır: “Başa düşün, mən mələk deyiləm. Rusiyada sizin üç seçiminiz var: inqilabçı olmaq, ölkəni tərk etmək və ya konformist olmaq. Beləliklə, mən konformistəm... Mən özümü və prinsip­lərimi qorumağa çalışıram”. 

Hə, burada xoruzun quyruğu gö­rünür. Yəni, özünü digər “akulalardan” qorumaq üçün oğru prinsiplərini döv­riyyəyə buraxmağı məqbul sayıb. BBC də R.Vardanyanın bu sayaqlamasına inanmadığını materialında belə qeyd edib: “... hadisələrin bu versiyası mil­yarderin hakim elitanın əhatəsində olmağa çalışması faktına uyğun gəl­mir. OCCRP sayəsində məlum oldu ki, erməni iş adamı Sergey Çemezov və “Rostex” dövlət şirkətinin digər rəh­bərlərinin kotteclərinin yerləşdiyi dəniz sahilindəki İspaniya kəndində ev tikib”. BBC, həmçinin bildirir ki, milyarder R.Vardanyan “Rostex”in baş direktoru Sergey Çemezov və dövlət korporasi­yasının digər rəhbərləri ilə “Vremena Qoda” ov klubunun üzvü olub, S.Çe­mezovun pullarını idarə edib. Təbii ki, R.Vardanyan özünü qara işlərdən kə­nar tutmağa çalışıb. Erməni iş dəllalı Rusiyanın Qərbin sərt sanksiyaları ilə üz-üzə qaldığını nəzərə alaraq öz ka­pitalının əhəmiyyətli hissəsini ermə­nilərin yaşadığı ərazi olan “boz zona” vasitəsilə daşımaq və leqallaşdırmaq istəyirdi. Bu pulların yuyulması üçün o, hər cür xeyriyyə təşkilatları yaradır, infrastruktur və digər layihələr həyata keçirməyə çalışırdı.

BBC materialında R.Vardanyanın siyasi ambisiyalarının olmasına da diqqət çəkib. Bununla bağlı Britaniya mətbuatı yazır: “Politoloq Qriqoryan əmindir ki, R.Vardanyanın Ermənis­tanda öz siyasi ambisiyaları var idi. Milyarderlə yaxından tanış olan iqti­sadçı Ruben Yenikolopov da onunla razılaşır. “Onun ambisiyaları çox ay­dın idi: o, Ermənistanın başçısı olmaq istəyirdi”. Politoloq Tiqran Qriqoryan deyir ki, onun gəlişi əvvəlcə qarabağ­lıları ruhlandırdı: “Bu qəbildən olan bir adam çətin vəziyyətdə gələndə əhali­də ümid yaradır ki, bəlkə burada hələ hansısa gələcək var”. Bununla yanaşı, politoloq Qriqoryan BBC-yə müsahi­bəsində R.Vardanyanın “prinsiplərinin adamı” olduğunu deməyə çalışsa da, sözlərindən belə aydınlaşır ki, erməni iş adamı adi avantürist və burnundan uzağı görməyən birisidir. İş adamının qəti şəkildə Azərbaycanla razılaşma­ların və güzəştlərin əleyhinə olduğunu vurğulayan erməni politoloq əlavə edir ki, “Vardanyanın bir az “ura-vətənpər­vər” mövqeyi vardı: sona qədər müba­rizə aparmalıyıq. Amma necə döyüş­mək barədə dəqiq yol xəritələri yox idi. Buradan da görünür ki, R.Vardanyan psevdo-vətənpərvər obrazında ancaq pul maraqlandırıb. Əsgərsiz və paqon­suz general kimi ortalığa atılan erməni iş adamının napoleonluğu da yalnız sosial şəbəkələrdə çərənləməkdən o tərəfə keçmirdi. 

BBC-nin müxbiri politoloq Qriqor­yandan soruşub ki, R.Vardanyan öz planında səhvə yol verməyib? Cavab gözləniləndir: “O, demək olar ki, ümi­dsiz bir vəzifə götürdü və gözlənildiyi kimi, möcüzə baş vermədi”. İndi R.Var­danyanın himayədarları möcüzə göz­ləyirlər: fırıldaqçı “filantrop” həbsdən nə zaman çıxacaq? Azərbaycan qa­nunlarına görə, iş adamı terrorçuluğu maliyyələşdirməkdə, silahlı birləşmələ­rin yaradılmasında iştirakda və sərhədi qanunsuz keçməkdə ittiham olunur. Bu isə o deməkdir ki, R.Vardanyanın dostları möcüzəni başqa yerdə axtar­malıdılar. Qarabağın sərvətlərini tala­yan və Azərbaycana hörmətsizlik edən fırıldaqçı “xeyriyyəçi” ədalətli cəzasını çəkməlidir.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət