“Emmanuel qasırğası” Ermənistanı çox qarışdırıb...

post-img

Son günlər isə ölkə mediasında Fransa prezidentinin adı çəkilmir

Yeni ilin ilk günlərində rusdilli erməni mediasını da dəfələrlə izlədik. Haqlı-haqsız çox məsələdən yazırdılar. Ancaq, deyəsən, məğlub olmuş işğalçı ölkədəki həmkarlarımız Fransa rəhbərliyinin hay-küyündən beziblər və ya “doyublar”. 

Çünki geridə qalan altı-yeddi gündə İrəvanın elektron resurslarında Em­manuel Makron ad-soyadına rast gəl­mədik. Halbuki, Makronun prezident seçilməsindən sonra elə bir həftə ol­murdu ki, erməni mediasında gen-bol yer almış rəsmi Parisin İrəvanı dəstək­ləyən, ermənilərə “göydən bir səbət ul­duz yığıb düşürmək” kimi cəfəng vəd­lər verən, Azərbaycana isə şər-böhtan atan, iftiralar səsləndirən bəyanatlarını görməyək. 

Ermənistandakı prosesləri daha yaxından izləyən bir ekspertdən soruş­duq ki, nə baş verir, Makronun adı daha erməni mediasında niyə görünmür? Axı biz “Fransa Ermənistanın yanındadır”, “Emmanuel Makron ermənilərin hüquq­larını sonadək qoruyacaq”, “Paris İrəva­nı tək qoymayacaq!” kimi şirnikləndirici bəyanatlara “öyrəncəli” olmuşduq. Mü­sahibimiz dedi ki, Makronun başı Afri­kaya qarışıb (orada Fransa əsgərlərini qovan yerli ordunun hərbi texnikasının üstündə Rusiya bayraqlarının görün­məsi Parisi çox sarsıdıb), erməni me­diasının diqqəti isə Azərbaycanla bağ­lanacaq sazişin və imzalanacaq digər sənədlərin yanındadır. 

Üstəlik, həm Parisdə, həm də İrə­vanda artıq yaxşı bilirlər ki, heç bir əsası və konkret nəticəsi olmayan bə­yanatlar dövrü geridə qalıb. Bu zaman başqa bir faktı da xatırlatmağa ehtiyac var. Belə ki, son 5 ildə Parisdən gələn bəlalı bəyanatlar erməni xalqına da, Er­mənistan dövlətinə də dağıdıcı qasırğa­ların okean sahilindəki ölkələrə gətirdiyi fəlakətlər qədər ziyan vurub. 

Yeri gəlmişkən, okeanətrafı ərazilər­də baş verən dağıdıcı qasırğa, fırtına və tayfunlara verilmiş adlar arasında “Emmanuel”də var. Son illərdə baş ver­miş “Katerina”, “İren”, “Sanda”, “İzabel­la”, “İrma”, “Ofeliya”, “Melisa” “Roza”, “Fiona”, “Yuliana” qasırğalarının adın­dan göründüyü kimi, əksər təbii fəlakət­lərə qadın adları verilir. Həmin adların hamısı qədim yunan əsatirlərindən gö­türülüb. Elə “Emmanuel” sözü indi hə­min adı daşıyan Makronun kimlərinsə üstünə fransızsayağı “kişilənməsinə” baxmayaraq, həmin əsatirlərdə qadın adı idi.

Yeri gəlmişkən, internet resursların­da oxuyuruq ki, ABŞ rəsmilərinin fikrin­cə, “qasırğalar qadınlar kimidir, onları təxmin etmək, kəşf etmək çətindir. Qa­sırğaların da qadınlar kimi nə zaman, nə qədər zərər verəcəyi bilinmir”. Elə Fransanın indiki prezidenti də elədir. 

Amma, deyəsən, ermənilər “Em­manuel” siyasi qasırğasının bu Qafqaz ölkəsinə nə zaman gəldiyinin də, nə qədər ziyan vurduğunun da artıq fərqin­dədirlər. Yəni Paris siyasətinin, Yelisey Sarayından əsən soyuq yellərin yellət­diyi İrəvanda daha bu təsirlər heç nəyə yaramır. Uzun illər gözü Parisin ağzın­da olan ermənilər bunu anlayıblarsa, deməli, Emmanuel Makronun yaratmaq istədiyi görüntülərin “3 quruşluq” dəyəri yoxdur. 

İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət